Kitaiçi Venesiya İncəsənəti Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kitaiçi Venesiya İncəsənəti Muzeyi
yap. 北一ヴェネツィア美術館
Xəritə
Açılış tarixi 1988
Mövzu Venesiya incəsənəti
Ölkə
Yerləşir Sakay küçəsi, Otaru, Hokkaydo prefekturası
43°11′38″ şm. e. 141°00′24″ ş. u.
venezia-museum.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kitaiçi Venesiya İncəsənəti Muzeyi (北一ヴェネツィア美術館, Kitaiçi Benetsia Bicutsukan?)Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən və İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuş muzey.

Tarixi

Muzey 1988-ci ildə Venesiya incəsənətini tanıtmaq məqsədilə Otaru şəhərində yaradılmışdır. Otaru Venesiya ilə bəzi ortaq xüsusiyyətlərə malikdir: iki şəhər də kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır.[1]

Xüsusiyyətlər

Muzey binasının fasadı Venesiya şəhərində yerləşən Palatso Qrassi binası əsasında tikilmişdir. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. 2-ci, 3-cü və 5-ci mərtəbələrdə sərgi otaqları yerləşir. Bu sərgilərdə dövlət otağı, yemək otağı, hamam otağı və s. replikaları quraşdırılaraq orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir.[1]

Muzeydə Şahzadə Diananın mindiyi qondola da sərgilənir. Ziyarətçilərə ənənəvi Venesiya geyimlərini geyməyə icazə verilir.[2] 5-ci mərtəbədə muzeyin kafesi yerləşir. Kafedə italyansayağı şokoladbiskotti satılır.[3]

İstinadlar

  1. 1 2 "Kitaichi Venetian Art Museum". Muzeyin rəsmi saytı (ingiliscə). 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.
  2. "KITAICHI Venetian Art Museum". Live Japan (ingiliscə). 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.
  3. "KITAICHI VENETIAN ART MUSEUM in Otaru". Remoju (ingilis). 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.

Xarici keçidlər