Kitaiçi Venesiya İncəsənəti Muzeyi (北一ヴェネツィア美術館, Kitaiçi Benetsia Bicutsukan?) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən və İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuş muzey.
Kitaiçi Venesiya İncəsənəti Muzeyi | |
---|---|
yap. 北一ヴェネツィア美術館 | |
Açılış tarixi | 1988 |
Mövzu | Venesiya incəsənəti |
Ölkə | |
Yerləşir | Sakay küçəsi, Otaru, Hokkaydo prefekturası |
43°11′38″ şm. e. 141°00′24″ ş. u.HGYO | |
venezia-museum.or.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 1988-ci ildə Venesiya incəsənətini tanıtmaq məqsədilə Otaru şəhərində yaradılmışdır. Otaru Venesiya ilə bəzi ortaq xüsusiyyətlərə malikdir: iki şəhər də kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır.[1]
Muzey binasının fasadı Venesiya şəhərində yerləşən Palatso Qrassi binası əsasında tikilmişdir. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. 2-ci, 3-cü və 5-ci mərtəbələrdə sərgi otaqları yerləşir. Bu sərgilərdə dövlət otağı, yemək otağı, hamam otağı və s. replikaları quraşdırılaraq orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir.[1]
Muzeydə Şahzadə Diananın mindiyi qondola da sərgilənir. Ziyarətçilərə ənənəvi Venesiya geyimlərini geyməyə icazə verilir.[2] 5-ci mərtəbədə muzeyin kafesi yerləşir. Kafedə italyansayağı şokolad və biskotti satılır.[3]