Komarov birəotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Komarov birəotu  - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [1][2]

Regional IUCN Statusu - NT [3]

Qısa morfoloji təsviri

Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.[4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı (kserofit), işıqsevəndir (heliofit), alp qurşağında rast gəlinir.[4][5][6]

Yayılması 

Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu - Ordubad şəhəriParaqa kəndi ətrafı, Qapıcıq dağı; Culfa rayonu- Ləkətağ dağı; Şahbuz rayonuBiçənək kəndi ətrafı, Keçəldağ ətrafı).

Sayı və tendensiyası

Populyasiyanın ehtiyatı azdır, mənfi təsirlərə həssaslıq müşahidə olunur.[6]

Məhdudlaşdırıcı amillər

Antropogen, zoogen, iqlim amillərinin təsiridir.

Mühafizə tədbirləri

Yayıldığı ərazilərin tam mühafizəsi, Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması[6], növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.[7]

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=Komarov%20bir%C9%99otu[ölü keçid]
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. 1 2 Флора Азербайджан, 1961
  5. Mustafayeva S.C., 2008
  6. 1 2 3 Naxçıvan MR-in Qırmızı kitabı, 2010
  7. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989