Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [1][2]
Regional IUCN Statusu - NT [3]
Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.[4]
Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı (kserofit), işıqsevəndir (heliofit), alp qurşağında rast gəlinir.[4][5][6]
Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu - Ordubad şəhəri və Paraqa kəndi ətrafı, Qapıcıq dağı; Culfa rayonu- Ləkətağ dağı; Şahbuz rayonu – Biçənək kəndi ətrafı, Keçəldağ ətrafı).
Populyasiyanın ehtiyatı azdır, mənfi təsirlərə həssaslıq müşahidə olunur.[6]
Antropogen, zoogen, iqlim amillərinin təsiridir.
Yayıldığı ərazilərin tam mühafizəsi, Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması[6], növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.[7]