Ləkəli suiti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ləkəli suiti
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, YaponiyaRusiya sahil ərazilərinə xasdır.

Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar.

Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir. Çütləşmə üçün onlar uzun məsafə qət edərək uzaq cənub ərazilərinə gəlirlər.

Dünyada ləkəli suitilərin sayı 230 min baş hesab edilir.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax