Ləmbəranskilər
(Lənbəranskilər səhifəsindən istiqamətləndirilmişdir)
Ləmbəranskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Kərbəlayı Bayram ağa Ləmbərani |
Mənşəyi | Qarabağ, Lənbəran |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Lənbəran |
Ləmbəranskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması
Bu soyun ulu babası Bayramdır. Bayram müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Bayramın Qəhrəman, Bayram adlı oğlanları vardı.
Kərbəlayı Bayramın ikinci oglu Bayram 1809-cu ildə Qarabağın Kəbirli mahalının Lənbəran kəndində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Əhməd xan İbrahimxəlil xan oglu Sarıcalı-Cavanşirin rəiyyəti idi. O, rəiyyət təbəqəsindən çıxsa da, varlı-hallı bir adam idi. Xeyli torpağa yiyələnmişdi. Lənbəran kəndi ilə Kəngərli obası arasında "Hacı Bayram yeri" adlı torpağı vardı. O, müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Bayramın Əbdüləziz, Şükür, İsmayıl, Əsəd, Nəsir adlı oğlanları vardı.
Soyun məşhur nümayəndələri
- İsmayıl bəy Ləmbəranski — 1877-ci ildə Şuşa qəzasının Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini kənd məktəbində almışdı. 1902-ci ildə Şuşa real məktəbinə qəbul olmuşdu. Sonra Bakı gimnaziyasında oxumuşdu. Sankt-Peterburq Universitetində ali təhsil almışdı. Bakı neft mədənlərində mühəndis işləmişdi. 1918-ci ilə qədər Azərbaycanda neft sənayesi, kimya, maşınqayırma və digər sahələr üzrə mühəndislərin sayı az idi: Əsədulla Abdullayev, Sultanmahmud Axundov, Ələsgər bəy Bəylərbəyov və başqaları. Onlardan biri də İsmayıl bəy Ləmbəranski idi. İsmayıl bəy Ləmbəranski 1947-ci ildə Bakıda vəfat edib.[1][2]
- Cəmil bəy Ləmbəranski — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, görkəmli travmatoloq və ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı.
- Əliş Ləmbəranski — Azərbaycanın tanınmış dövlət xadimi; SSRİ Dövlət mükafatı laureatı; əməkdar mühəndis.
Mənbə
- Ənvər Çingizoğlu. Ləmbəranskilər, "Soy" elmi-kütləvi dərgi, 2011, № 9, səh.15–21.
Həmçinin bax
Xarici keçidlər
- ↑ "Sahibkarlıq və sahibkarlar ([[rus dili]]ndə)". 2016-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-14.
- ↑ "Arxivlənmiş surət". 2016-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.