Latviya azərbaycanlıları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Latviya azərbaycanlılarıtarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı.

Sayı

Latviyada təxminən 1200[1] nəfərdən 2000[2] nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər[2]. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir[2].

Təşkilatları

"Azəri" Cəmiyyəti

"Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi[3]. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur[3].

"Ocaq" Mədəniyyət Mərkəzi

Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır[3].

30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır[1]. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir[3]. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir[3].

Məşhur nümayəndələri

Həmçinin bax

İstinadlar

  1. 1 2 Azərbaycan - Latviya münasibətləri Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine. lib.aliyevheritage.org  (az.)
  2. 1 2 3 Azərbaycan diasporunun məskunlaşma coğrafiyası Arxivləşdirilib 2017-05-19 at the Wayback Machine. diaspor.gov.az  (az.)
  3. 1 2 3 4 5 Diaspor Arxivləşdirilib 2017-02-26 at the Wayback Machine. riga.mfa.gov.az  (az.)