Latviya (latış. Latvija), köhnə mənbələrdə Letoniya[4] (liv. Leţmō) və ya Liflyandiya,[5] rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918-ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.
Latviya | |||||
---|---|---|---|---|---|
latış. Latvijas Republika | |||||
| |||||
Tēvzemei un Brīvībai, Per la Pàtria i la llibertat, Best enjoyed slowly, I'w fwynhau'n araf! | |||||
Tarixi | |||||
• Elan | 4 may 1990 | ||||
• Tanınma | 6 sentyabr 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Riqa | ||||
İdarəetmə forması | Unitar nümayəndəli demokratiya parlamentli respublika | ||||
Prezident | Edgars Rinkēvičs | ||||
Baş nazir | Evika Siliņa | ||||
Sahəsi | Dünyada 124-cü | ||||
• Ümumi | 64,589 km² km² | ||||
• Su sahəsi (%) | 2.09% | ||||
Əhalisi | |||||
• Əhali | 1.907.675 nəfər (147-ci) | ||||
• Siyahıyaalma (2011) | 2.070.371 nəf. | ||||
• Sıxlıq | 29,6/km² nəf./km² (147-ci) | ||||
• Ümumi | 39.725.383.601 $[2], 41.153.912.663 $[2] | ||||
Demonim | Latviyalı | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .lv | ||||
ISO kodu | LV | ||||
BOK kodu | LAT | ||||
Telefon kodu | +371 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir. Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyada) dillərindən istifadə edilir.
Latviyada ən böyük din Xristianlıqdır,[9] amma əhalinin sadəcə 7%-i müntəzəm şəkildə dini yığıncaqlarda iştirak edir.[10]
Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.