Lethe diana
Lethe diana | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Lethe diana |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir.[1] Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur.
Görünüş
Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir.
Yayılması
Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir.[2] Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.[1]
Həyat
Lethe diana sürfəsi metamarfozu tamamlamaq üçün 4 mərhələdən keçməli olur. Yumurtalarını bambuk ağacının yarpaqlarına qoyur və sürfələr özbaşına böyüyür.[3] Əsasən Sasa cinsindən olan bambuklara yumurtalarını qoyur.[4]
Sürfələrin qida mənbələri
- Quercus acutissima
- Quercus serrata
- Phyllostachys nigra[5] — qara bambuk
- Phyllostachys reticulata[5]
- Pleioblastus simonii[5]
- Pleioblastus chino[1]
- Sasa borealis[5]
- Sasa kurilensis[5] — həmişəyaşıl bambuk
- Sasa veitchii[1]
- Arundinaria[5] — cane
- Poacae[5]
- Sasa[5]
Altnövləri
- Lethe diana diana
- Lethe diana australis
- Lethe diana sachalinensis[2](Cənubi Saxalin)
- Lethe diana tomariope[2] (Kuril adaları)
- Lethe diana mikuraensis[2] (Honşu)
İstinadlar
- ↑ 1 2 3 4 "Lethe diana (Diana Treebrown) | Treasures of Mt. Takao | TAKAO 599 MUSEUM". www.takao599museum.jp. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.
- ↑ 1 2 3 4 "Lethe diana". insecta.pro. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.
- ↑ Ide, Jun-Ya. "Age patterns in leaves used by larvae of the satyrine butterfly Lethe diana". 54 (1). 2003-01-10. 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- ↑ "Satyridae, Lethe diana (Butler, 1866)". rusinsects.com. 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.
- ↑ 1 2 3 4 5 6 7 8 "Lethe diana - NCBI Taxonomy - Encyclopedia of Life". eol.org. 2016-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.