Livorno FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Livorno FK
Unione Sportiva Livorno 1915
Loqonun şəkli
Klubun rəsmi loqosu
Ölkə
Ləqəb(lər) I Labronici
Rəng(lər) tünd qırmızı,
Yaranma tarixi 1915, 1991, 2021
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Livorno FK" (it. Associazione Sportiva Livorno Calcio SrL) — İtaliya futbol klubu. 1915-ci ildə İtaliyanın eyni adlı şəhərində yaradılıb. Hal hazırda İtaliya D Seriyasında çıxış edir.

Tarixi

"Livorno"nun tarixi 1915-ci ildə, "Livorno Calcio" futbol klubunun yarandığı vaxtdan başlayır. 1915-ci ildə, qurulduğu ildə "Livorno", İtaliya çempionatının ən yüksək liqasının üzvu olur.

1919/20 mövsümündə komanda Milan Liqanın final oyununda "İnter" klubuna məğlub olaraq gümüş medal qazanır.

1923-cü ildə "Livorno" finalda "Verona"ya 2:1 hesabı ilə qalib gələrək İtaliya Kubokunu qazanır.

1929-cu ildə A Seriyası qurulduqdan sonra "Livorno" İtaliyanın lider klublarından biri idi, lakin 1930-cu illərdən başlayaraq "Livorno" milli çempionatdakı mövqeyini itirməyə başladı. Komanda 1920-ci ildəki uğurlarını yalnız 1942/43 mövsümündə təkrarlamağı bacardı. "Livorno" o zaman yenilməz klub olan "Torino" klubuna məğlub oldu.

II Dünya Müharibəsindən sonra klub daha da zəiflədi və 1949-cu ildə A Seriyasını tərk etdi. Klub B Seriyasında və hətta C Seriyasında uğursuzluğa düçar oldu, lakin buna baxmayaraq, o, azarkeşlər arasında populyarlığını itirmədi.

1991-ci ildə "Livorno" peşəkar statusundan məhrum edildi və klubda yenilənmə getdi. Ancaq yeni yaradılan klubun altıncı diviziondan A Seriyasına gedən yolu keçmək üçün cəmi 13 il çəkdi, uzun fasilədən sonra elitada ilk mövsümündə 9-cu yeri tutdu və klubun uğurlarında bombardir hücumçusu Kristiano Lukarelli xüsusi əməyi oldu.

2005/06 mövsümündə komanda əvvəlki mövsümdəki uğurlarını təkrarlamağı bacardı. Üstəlik, "Yuventus", "Milan" və "Latsio" klublarının diskvalifikasiyası sayəsində "Livorno" 1/16 finala çıxdığı UEFA kubokunda oynamaq hüququ qazandı .

14 aprel 2012-ci il tarixində, B Seriyasının 35-ci turunun "Peskara" ilə səfər oyununda (0: 2), "Livorno"nun futbolçusu Pyermario Morosini həyatını itirir Morosininin xatirəsinə Livorno ona oynadığı 25 nömrəsini ömurluk toxunulmaz saxladı.

İtaliya çempionatının dvizionlarında mövsum sayı

Dvizion Mövsüm sayı Debüt Son mövsüm
A 18 1919/20 2013/14
B 27 1931/32 2019/20
C 42 1952/53 2020/21
D 1 1992/93 1992/93

Tanınmış oyunçuları

Azarkeşlər

Roma ilə matç zamanı Livorno azarkeşləri. Mövsüm 2006/2007

Livorno ultrasları, solçu siyasi fikirlərə bağlılığı və Latsio, İnter, Verona, Milan kimi klubların sağ yönumlu azarkeşləri ilə və " Romanın bəzi azarkeş qrupları ilə şiddətli və tez-tez qarşıdurmaları ilə tanınır. Kommunist və anarxist simvollar ev tribunasında geniş istifadə olunur, StalinÇe Gevaranın obrazları çox populyardır.

Xarici keçidlər