Lutsi Korneli Sulla

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lutsi Korneli Sulla
lat. Lucius Cornelius L.f.P.n. Sulla Felix
Qədim Roma senatoru[d]
bilinmir – e.ə. 78
e.ə. 82 – e.ə. 80
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 138[1][2][…]
Doğum yeri
Vəfat tarixi e.ə. 78[2][3]
Vəfat səbəbi serebrovaskulyar xəstəlik[d]
Fəaliyyəti hərbi lider[d], siyasətçi
Anası bilinmir
Hərbi xidmət
Mənsubiyyəti Roma respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci illərdə kimvrlarteftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə. 89-84-cü illərdə 1-ci Mitridat müharibəsində iştirak edir. Sonuncunun əsnasında, Romanı tutur, Qay Marinin tərəfdarlarını neytrallaşdırır, bütün hakimiyyəti quldar aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə. 86-cı ildə Afinanı alır, həmin il VI Mitridat Yevpator üzərində qələbə çalır. E.ə. 84-cü ildə onunla sülh sazişi bağlayır. Onun yoxluğundan istifadə edən Sinna və Mari tərəfdarları Romada hakimiyəti ələ keçirirlər. E.ə. 83-cü ildə ordusu ilə İtaliyada enir, öz siyasi rəqiblərinin qoşunlarını darmadağın edir və sərt repressiyalarla müşayət olunan diktatura rejimi qurur. Sullanın rəqiblərindən müsadirə olunan torpaqlarda, İtaliyada koloniyalarla yerləşdirilən keçmiş legionerlər Sulla rejiminin vacib dayağına çevrilirlər. Sulla diktaturası Roma quldar respublikasının dərin böhranından xəbər verirdi. E.ə. 79-cu ildə, siyasi həyata təsirini saxlayaraq, səlahiyətlərini təhvil verdi.

İstinadlar

Mənbə

  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 7 səh. 594