Möhlət Abbasov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Möhlət Abbasov
Möhlət Eldəniz oğlu Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Daşkəsən
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri
Dəfn yeri Daşkəsən, Şəhidlər Xiyabanı
Atası Eldəniz Abbasov
Hərbi fəaliyyəti
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Möhlət Abbasov Eldəniz oğlu (19 mart 2001, Daşkəsən7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinfinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb.

Hərbi xidməti

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı, amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur.

Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliklərə görə üç medalla təltif edilib.

Təltifləri

İstinadlar

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.