Möhlət Abbasov Eldəniz oğlu (19 mart 2001, Daşkəsən – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Möhlət Abbasov | |
---|---|
Möhlət Eldəniz oğlu Abbasov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Daşkəsən |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Daşkəsən, Şəhidlər Xiyabanı |
Atası | Eldəniz Abbasov |
Hərbi fəaliyyəti | |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinfinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı, amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur.
Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliklərə görə üç medalla təltif edilib.