Müştəba Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Müştəba Əliyev
Müştəba İsmayıl oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Ağdam rayonu
Vəfat tarixi
Vəfat yeri Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
Tanınır tədqiqatçı-jurnalist
Mükafatları "Tərəqqi" medalı (2005)

Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist

Bioqrafiya

Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur.

2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir. Ərəb qrafikalı mətbuatımızın latın qrafikasına transliterasiyası ilə məşğul olub.

Vəfatı

Müştəba İsmayıl oğlu Əliyev 26 avqust 2017-ci ildə Bakı şəhərində dünyasını dəyişib. [1]

İstinadlar

  1. "Mətbuat Şurası jurnalist Müştəba Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.

Xarici keçidlər