Müəmmər Lütfi Bəxşi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Müəmmər Lütfi Bəxşi
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 30 iyun 1947(1947-06-30)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, hakim, vəkil

Müəmmər Lütfi Bəxşi (1903, Ödəmiş, İzmir ili30 iyun 1947, İzmir) — Türkiyə şairi.

Həyatı

Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam mədəniyyətinə sahibdir. 18–19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir.

Şeirləri "Ahəng", "Sədayi-həqq", "Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", "İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə yer vermişdir.

Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır. Öz orijinal şəxsiyyətini tapa bilməmişdir.

İstinadlar

Həmçinin bax