İstanbul Universitetinin Hüquq fakültəsi

İstanbul Universiteti Hüquq Fakültəsi — Türkiyənin ilk hüquq fakültəsidir, inzibati və akademik vahidlərlə İstanbul Universitetinin Beyazit meydanında yerləşən əsas korpusunda fəaliyyət göstərir. Türkiyə Barolar Birliyinin 22 kriteriyalı qiymətləndirməsinə görə Türkiyənin ən yaxşı hüquq fakültəsidir.

İstanbul Universiteti Hüquq Fakültəsi
İstanbul Universiteti
Yaradılma tarixi 1874 [1]
Dekan Prof. Dr. Ömər Ekmekçi
Yerləşməsi
Ölkə
Ünvan Beyazit, Fateh, İstanbul
Digər məlumatlar
Sayt hukuk.istanbul.edu.tr

Fakültənin əsasını təşkil edən Mekteb-i Hüquq-i Sultani 1878-ci ildə bağlanmışdır. Yerində qurulan Mekteb-i Hüquq 17 iyun 1880-ci ildə Ədliyyə Nazirliyinin həyətində fəaliyyətə başladı. Daha sonra 1 sentyabr 1900-cü ildə açılan Darülfünun-ı Şahane (İstanbul Darülfününü) bünyəsində bir fakültəyə çevrildi. 11 oktyabr 1919-cu ildə hüquqi və elmi muxtariyyət və 7 oktyabr 1925-ci ildə isə İstanbul Darülfününü Təlimatı ilə inzibati muxtariyyət almışdı. Darülfünun 31 iyul 1933-cü ildə ləğv edildi və İstanbul Universiteti olaraq yenidən təşkil edildi. Bu dövrdən sonra faktiki olaraq qərbli müəllimlər fakültədə işə başladılar. Həmin müəllimlər arasında Andreas Bertalan Şvarz, Ernest Eduard Hirş ve Riçard Honq kimi nasist Almaniyasından qaçmaq məcburiyyətində qalan professorlar da var idi. [2]

Fakültənin qolları

[redaktə | mənbəni redaktə et]

Fakültədə Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosesi, ümumi Dövlət hüququ, Hüquq fəlsəfəsi, Hüquq sosiologiyası, Roma hüququ, Hüquq tarixi,[3] İnzibati hüquq, İnsan hüquqları, Əmək hüququ, Sosial təminat hüququ, Maliyyə hüququ, Sivil hüququ, Mülki prosessual hüquq, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq, Kommersiya hüququ, Dəniz ticarəti hüququ, Sığorta hüququ, Avropa İttifaqı hüququ, müqayisəli hüquq bölmələri, eyni zamanda Cinayət hüququ, Cinayət prosesi şöbələrinin nəzdində Kriminologiya fəaliyyət göstərir.

Tədqiqat və Tətbiq Mərkəzləri

[redaktə | mənbəni redaktə et]

Fakültə daxilində cinayət hüququkriminologiya, müqayisəli hüquq, inzibati hüquq, beynəlxalq hüquqbeynəlxalq münasibətlər, insan haqları hüququ, Avropa birliyi hüququ, hüquq tarixi, əmək hüququ və sosial təminat hüququ sahələrində institutlar və tədqiqat və tətbiq mərkəzləri mövcuddur.

1950-ci ildə fəaliyyətə başlayan İstanbul Universiteti Hüquq Fakültəsi kitabxanasında 115.000-dən[4] çox yerli və xarici kitabla, 25.600 cilddən daha çox yerli və xarici ardı davam edən dövri nəşrlə[5] həm fondu, həm də yerləşmə yeri baxımından Türkiyənin ən böyük hüquq kitabxanası olmaqla yanaşı, həftənin 7 günü 24 saat fəaliyyət göstərən ilk hüquq kitabxanasıdır. Bu nəşrlər arasında fakültənin öz dərc etdiyi jurnallarından 1935-ci ildən bəri türkcə və xarici dildə nəşr olunan İstanbul Universiteti Hüquq Fakültəsi məcmuəsi, 1951-ci ildən bəri xarici dillərdə nəşr olunan Annales de la Faculté de Droit d’Istanbul jurnalı, 1957-ci ildən bəri türk və xarici dillərində nəşr olunan İstanbul Universiteti Müqayisəli Hüquq araşdırmaları jurnalı, 1978-ci ildən bəri Türk və xarici dillərdə dərc olunan Cinayət Hüququ və Kriminologiya jurnalı, 1980-ci ildən bəri türk dilində dərc olunan İnzibati hüquq və Elm jurnalı və 1981-ci ildən bu yana türk və xarici dillərdə yayımlanan Beynəlxalq və Beynəlxalq xüsusi hüquq bülleteni də vardır.

Əlaqəli vəqflər

[redaktə | mənbəni redaktə et]

Fakültə daxilində fəaliyyət göstərən İstanbul Hüquq Vəqfi, Vedat Ərdəhan Vəqfi, Tahir Tanər Vəqfi, Kamal Xəlil Tanır Vəqfi, Tinçəl Kültür Vəqfi və İstanbul Universiteti Hüquq Fakültəsi Təhsil və Həmrəylik Vəqfi təxminən 1200 tələbəyə pulsuz təqaüd verir.

1946 Universitet Qanunundan öncəki dekanlar
Adları Başlanma tarixi Çıxma tarixi
Müderris Mehmet Emin Əfəndi 1879 1888
Müderris Mehmet Əziz bəy 1888 1891
Müderris Mehmet Kazım Əfəndi 1891 1908
Müderris Kevakibizadə Əbdülxaliq Mithat Əfəndi 1908 1911
Müderris Muslihiddin Adil Taylan 1913 1913
Müderris Hüseyin Rafiq Kırış 1913 1914
Müderris Əhməd Səlahəddin Bəy 1914 1920
Müderris Həsən Tahsin Ayni 1920 1927
Ord. Prof. Tahir Tanər 1927 1931
Ord. Prof. Sıddık Sami Onar 1934 1937
Ord. Prof. Əli Fuad Başgil 1938 1942
1946 Universitet Qanunundan sonraki dekanlar
Ord. Prof. Hıfzı Veldet Vəlidədəoğlu 1946 1948
Prof. Hüseyn Nail Kubalı 1948 1950
Prof. Şövkət Mehmet Əli Bilgişin 1950 1952
Ord. Prof. Hıfzı Veldet Vəlidədəoğlu 1952 1953
Ord. Prof. Sulhi Dönməzər 1953 1955
Ord. Prof. Rəcai Qalib Okandan 1955 1957
Prof. Hıfzı Teymur 1957 1959
Prof. Naci Şənsoy 1959 1964
Prof. Bülənt Davran 1964 1966
Prof. Reha Poroy 1966 1968
Prof. Tarix Zəfər Tunaya 1968 1969
Prof. Orxan Aldıqaçdı 1969 1972
Prof. İlhan Akın 1972 1980
Prof. Ərgin Nami Nomər 1980 1982
Prof. Yılmaz Altuğ 1982 1983
Prof. Orxan Aldıqaçdı 1983 1986
Prof. İlhan Akın 1986 1994
Prof. Aysel Çelikəl 1994 1999
Prof. Tankut Centəl 1999 2008
Prof. Adəm Sözüər 2009 2017
Prof. Abuzər Kendigələn 2017 2020
Prof. Ömər Əkməkçi 2020

Tələbə klubları

[redaktə | mənbəni redaktə et]

2020-2021-ci tədris ilində fakültədə fəaliyyətini davam etdirən tələbə klubları aşağıdakılardır:

  • Bayazit Hüquq klubu;
  • Cinayət hüququ və kriminologiya klubu;
  • Respublika Hüquqşünaslar klubu;
  • Dinamik Gənclər klubu
  • Təbiət Hüquq klubu;
  • Düşüncə, fikir və ədəbiyyat klubu;
  • Heyvan Hüquqları klubu;
  • Hüquq Atelyesi klubu;
  • Hüquqi Araşdırmalar klubu;
  • Hüquqi Fikir klubu;
  • Pulsuz Hüquq klubu;
  • Mükəmməl Hüquq klubu;
  • İstanbul Hüquq Musiqi klubu;
  • Mədəniyyət və hüquq klubu;
  • Mədəniyyət və idman klubu;
  • Rəssamlıq və heykəltəraşlıq klubu;
  • Radio Hüquq klubu;
  • Teatr klubu;
  • İctimai Hüquqşünaslar klubu;
  • Beynəlxalq hüquq klubu;
  • Mübahisələrin həlli üsulları klubu.
  1. "İstanbul universiteti hequq fakültəsi". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
  2. "Turkey's Invitations to Nazi-Persecuted Intellectuals Circa 1933: A Bibliographic Essay on History's Blind Spot". 17 Aug 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  3. "hüquq tarixi mərkəzi". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
  4. "İstanbul universiteti kitabxanası". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
  5. "İSTANBUL ÜNİVERSİTESİ HUKUK FAKÜLTESİ" (PDF). 2020-11-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-15.