Məhəmmədşah Buranqulov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmmədşah Buranqulov
başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов
Doğum tarixi
Doğum yeri indiki Orenburq vilayəti, Krasnoqvardeysk rayonunun Verxneilyasovo kəndi
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Ufa, Başqırd MSSR, SSRİ
Təhsili
  • Hüseyniyyə[d]
Fəaliyyəti şair, dramaturq, müğənni
Əsərlərinin dili Başqırd dili
Janr teatr pyesi

Məhəmmədşah Buranqulov (tam adı: Buranqulov Məhəmmədşah Əbdürrəhmanoviç; başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов; 15 dekabr 1888 və ya 1888[1], Verxneilyasovo[d], Orenburq vilayəti9 mart 1966 və ya 1966[1], Ufa) — başqırd şairi, dramaturq, folklorçu[2]. Başqırdıstanın xalq seseni (1944)[2].

Təhsili və fəaliyyəti

Başqırd Pedaqoji İnstitutunda oxumuş, 1938-ci ildən Ufadakı Dil və Ədəbiyyat ETİ-də işləmişdir[2].

Repressiyaya məruz qalması

1950–1956-cı illərdə repressiyaya məruz qalmış, həbsdə olmuşdur[2]. 1959-cu ildə bəraət almışdır[2].

Yaradıcılığı

Başqırd folklorşünaslığının inkişafında onun xidmətləri böyükdür[2]. Belə ki, o mahnıları, rəvayətləri, “Ural batır” xalq eposunu yazıya almışdır; toy mərasimlərinin və digərlərinin təsvirini vermişdir[2].

Başqırd xalq rəvayətlərinin motivləri əsasında “Aşkadar”, “Başqırd toyu”, “Şəürə” və digər pyeslərin müəllifidir[2].

Mükafatları

  • Başqırdıstan Başqırdıstanın xalq seseni (1944).

İstinadlar