Məhəmmədşah Buranqulov (tam adı: Buranqulov Məhəmmədşah Əbdürrəhmanoviç; başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов; 15 dekabr 1888 və ya 1888[1], Verxneilyasovo[d], Orenburq vilayəti – 9 mart 1966 və ya 1966[1], Ufa) — başqırd şairi, dramaturq, folklorçu[2]. Başqırdıstanın xalq seseni (1944)[2].
Məhəmmədşah Buranqulov | |
---|---|
başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов | |
Doğum tarixi | |
Doğum yeri | indiki Orenburq vilayəti, Krasnoqvardeysk rayonunun Verxneilyasovo kəndi |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Ufa, Başqırd MSSR, SSRİ |
Təhsili | |
Fəaliyyəti | şair, dramaturq, müğənni |
Əsərlərinin dili | Başqırd dili |
Janr | teatr pyesi |
Başqırd Pedaqoji İnstitutunda oxumuş, 1938-ci ildən Ufadakı Dil və Ədəbiyyat ETİ-də işləmişdir[2].
1950–1956-cı illərdə repressiyaya məruz qalmış, həbsdə olmuşdur[2]. 1959-cu ildə bəraət almışdır[2].
Başqırd folklorşünaslığının inkişafında onun xidmətləri böyükdür[2]. Belə ki, o mahnıları, rəvayətləri, “Ural batır” xalq eposunu yazıya almışdır; toy mərasimlərinin və digərlərinin təsvirini vermişdir[2].
Başqırd xalq rəvayətlərinin motivləri əsasında “Aşkadar”, “Başqırd toyu”, “Şəürə” və digər pyeslərin müəllifidir[2].