Məhərrəm Məhərrəmov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhərrəm Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1971(1971-12-07) (52 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhərrəm Məmməd oğlu Məhərrəmov (rus. Магеррамов Магеррам Мамедович ; 7 dekabr 1971, Almatı vilayəti) — Qazaxıstan Respublikası Məclisinin deputatı.[1].

Həyatı

Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub[2]. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar[3].1989–1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib[4]. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb[5]. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir[6]. M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib[7].

Ailəsi

Ailəlidir bir qızı iki oğlu var.

Mükafatları

2016-cı ildə Məhərrəm Məhərrəmov Prezident Nursultan Nazarbayevin fərmanı ilə təltif edilib. O, "Əmək fəaliyyətində fərqlənməyə" görə medalı və "Qazaxıstan Respublikasının 25 illiyi" ilə bağlı yubiley medalı ilə təltif olunub[8][9].

İstinadlar

  1. "Qazaxıstan Parlament Məclisinə azərbaycanlı deputat seçilib" (azərb. ‎). 25 mart 2016. 2021-10-21 tarixində arxivləşdirilib.
  2. Pünhan Mirzə. "Qazaxıstanda deputat seçilən azərbaycanlı kimdir?" (azərb. ‎). 6 aprel 2016. 2016-04-18 tarixində arxivləşdirilib.
  3. modern.az. "Qazaxıstan parlamentinin azərbaycanlı kommunist deputatı: "Bizi ölməyə qoymadılar"" (azərb. ‎). 6 dekabr 2016. 2021-10-28 tarixində arxivləşdirilib.
  4. "МАГЕРРАМОВ Магеррам Мамедович" (rus. ).[ölü keçid]
  5. Fuad Hüseynzadə. "Azərbaycanlılar Qazaxıstanda bütün sahələrdə çalışırlar" (azərb. ‎). 7 yanvar 2017. 2021-10-21 tarixində arxivləşdirilib.
  6. "МАГЕРРАМОВ МАГЕРРАМ МАМЕДОВИЧ" (qaz. ). 2021-10-21 tarixində arxivləşdirilib.
  7. "Магеррамов Магеррам Мамедович" (rus. ). 2021-01-13 tarixində arxivləşdirilib.
  8. "Nursultan Nazarbayev Qazaxıstan parlamentinin azərbaycanlı deputatını təltif edib" (azərb. ‎). 19 dekabr 2016. 2021-10-20 tarixində arxivləşdirilib.
  9. "Qazaxıstan prezidenti azərbaycanlı deputatı təltif edib" (azərb. ‎). 20 dekabr 2016. 2023-08-04 tarixində arxivləşdirilib.