Məhərrəm Məmməd oğlu Məhərrəmov (rus. Магеррамов Магеррам Мамедович ; 7 dekabr 1971, Almatı vilayəti) — Qazaxıstan Respublikası Məclisinin deputatı.[1].
Məhərrəm Məhərrəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 dekabr 1971 (52 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub[2]. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar[3].1989–1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib[4]. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb[5]. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir[6]. M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib[7].
Ailəlidir bir qızı iki oğlu var.
2016-cı ildə Məhərrəm Məhərrəmov Prezident Nursultan Nazarbayevin fərmanı ilə təltif edilib. O, "Əmək fəaliyyətində fərqlənməyə" görə medalı və "Qazaxıstan Respublikasının 25 illiyi" ilə bağlı yubiley medalı ilə təltif olunub[8][9].