Məmər məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məmər məscidi
Xəritə
39°15′08″ şm. e. 46°41′43″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşir Qubadlı rayonu
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərmir
Rəsmi adı: İNV № 4713
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Məmər məscidiQubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa edilmiş məscid.[1]

Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan məscid, Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmış[2] və donuz tövləsinə çevrilmişdir.[3]

İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatçılığını bildirərkən dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır.[4]

İstinadlar

  1. ""Qarabağ – mədəniyyətimizin beşiyi": Məmər kənd məscidi". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  2. "Əsirlikdə olan Azərbaycan abidələri". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  3. "Qubadlının məscidi donuzxanaya çevrilib". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-08.
  4. "OIC Expresses Concern over Destruction of Islamic Historical Shrines in Occupied Territories of Azerbaijan" (Press-reliz). Organisation of Islamic Cooperation. 11 November 2020. 12 November 2020 tarixində arxivləşdirilib.