Məmər məscidi — Qubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa edilmiş məscid.[1]
Məmər məscidi | |
---|---|
39°15′08″ şm. e. 46°41′43″ ş. u. | |
Ölkə | Azərbaycan |
Yerləşir | Qubadlı rayonu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərmir |
Rəsmi adı: İNV № 4713 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan məscid, Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmış[2] və donuz tövləsinə çevrilmişdir.[3]
İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatçılığını bildirərkən dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır.[4]