Məmməd Məmmədov (iqtisadçı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məmməd Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1941(1941-05-05) (83 yaş)
Doğum yeri

Təltifləri "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1991
"Şöhrət" ordeni

Məmməd Məmmədov (tam adı:Məmmədov Məmməd Əhməd oğlu) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993), Azərbaycan SSR əməkdar iqtisadçısı (30.01.1991)[1]; Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (13.01.1993–13.03.2020)

Həyatı

5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Tovuz rayonunda başa vurmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır.

1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir.

1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının (indiki Kapital Bank) Prezidenti vəzifəsində işləmişdir.

13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2 mart 1995-ci ildə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilib.[2]

13 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib.[3]

Ailəsi

Ailəlidir. İki oğlu, bir qızı və yeddi nəvəsi vardır. Hər üç övladı ali təhsil almışdır.

Mükafatları

23 dekabr 1982-ci ildə Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

30 yanvar 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 151 nömrəli Fərmanı ilə Azərbaycan SSR əməkdar iqtisadçısı[1] fəxri adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

  1. 1 2 "Respublikanın plan, statistika və maliyyə orqanları işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 30 yanvar 1991-ci il tarixli, 151 nömrəli Fərmanı Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine  (az.)
  2. Dövlət Aqrar İslahat Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2 mart 1995-ci il tarixli 290 saylı Fərmanıe-qanun.az saytı Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine (az.)
  3. "M.Ə.Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.

Mənbə