Malthonica lehtineni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Malthonica lehtineni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Yarımdəstə:
Fəsilə:
???:
Malthonica lehtineni
Beynəlxalq elmi adı
  • Malthonica lehtineni[1]

Malthonica lehtineniÇala hörümçəkləri fəsiləsinə, Malthonica cinsinə aid növ. Azərbaycan endemik canlısı.

Qısa məlumat

Kiçik ölçülü hörümçəkdir. Erkəklərin uzunluğu 5,6 mm, baş-gövdə 2,5 mm (eni 1,9 mm). Baş-gövdə sarı olsa da, boz naxışlarla örtülü olur. Ayaqları sarı rəngdədir.

Malthonica lehtineni növü ilk dəfə 2005-ci ildə arаxnoloqlar Elçin Hüseynov ( Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (REA UŞB Biloji Problemlər İnstitutu, Maqadan, Rusiya) və Seppo Kоpоnеn (Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən M. lenkoranica, M. nakhchivanicaM. pseudolyncea Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır.

Malthonica lehtineni növü M. podoprygorai, M. rilaensisM. silvestris növləri ilə birlikdə Malthonica cinsinə daxildir. M. lehtineni adı növə finland araxnoloqu Dr. Pekka T. Lehtinen şərəfinə adlandırılıb[2]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Platnick, Norman I. (2014). Agelenidae Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine. The world spider catalog, version 14.5. American Museum of Natural History.  (ing.)

Mənbə

  • "Malthonica lehtineni" (ingilis). eol.org. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.
  • "Malthonica lehtineni Agelenidae" (ingilis). World Spider Catalog. İstifadə tarixi: 2014-06-22.