Agelenidae — Araneomorphae yarımdəstəsinə daxil olan fəsilədir. Fəsiləyə ümumilikdə 42 cins və 500-dən çox növ daxildir.
Agelenidae |
---|
|
|
|
|
Latın dilindən tərcümədə Agelenidae kəlməsi ago lene — «çəkinə-çəkinə hərəkət edirəm» mənasını verir. Hazırda bir çox dillərdə isə onlara «çala», və ya «otluq» hörümçəkləri adlandırılır. Bu fəsilənin bir növü isə Şərqi Avropada — Ev hörümçəyi (Tegenaria domestica) adı ilə tanınır.
Əsas xüsusiyyətləri bel nahiyəsində iki zolaq vardır. Kiçik ölçülü olmaları ilə seçilir. Erkəklər maksimal 2,5 sm olsa da, dişilər onlara nisbətdə adədən 1 sm-ə qədər uzun olur. Bir cüt qara gözlərə malik olurlar. Ön ayaqlarının sensor xüsusiyyəti gözlərindən iti ətrafı hiss etməyə imkan verir.
İti sürətə malik olurlar. İstər təhlükədən qaçarkən, istərsə də ovu yaxalayarkən bu özünü aydın büruzə verir. Tararua cinsinə daxil olan hörümçəklər hətta dayanmadan 2 km məsafə qət edə bilirlər. Hördükləri torlar bir qayda olaraq çalanı xatırladır. Malthonica cinsinə daxil olan hörümçəklər gündüz vaxtı da sərbəst ov edə bilirlər. Bu isə onları gündüz vaxtları belə yuvada görməyə imkan verir. Öz şikarlarını zəhərləri ilə iflic etsələrdə insana təsir edəcək gücə malik deyil. Labirintli hörümçəklər (lat. Agelena labyrintchica) növü çəmənliklərdə otların arasında tor hörür. Qurduğu tor qıf şəklində olur. Hörümçək özü qıfın daralmış hissəsində gizlənir. Ev hörümçəyi (lat. Tegenaria domestica) növü də bu fəsiləyə daxildir. Erkək fərdi 11 mm, dişi fərdi 20 mm uzunluqda olub, yaşayış və təsərrüfat tikililərində tor qururlar.
Bu fəsiləyə 42 cins daxildir:
- Acutipetala Dankittipakul & Zhang, 2008 — Tayland (2 növ)
- Agelena Walckenaer, 1805 — Afrikadan Asiyaya qədər (69 növ, 1 yarımnöv).
- Agelenella Lehtinen, 1967 — Yəmən, Cokorta (1 növ)
- Agelenopsis Giebel, 1869 — Şimali Amerika (13 növ)
- Ageleradix Xu & Li, 2007 — Çin (6 növ)
- Agelescape Levy, 1996 — Cənub-qərbi Asiya (7 növ)
- Ahua Forster & Wilton, 1973 — Yeni Zelandiya (4 növ)
- Allagelena Zhang, Zhu & Song, 2006 — Mərkəzi Avropadan Asiyaya qədər (5 növ)
- Azerithonica Guseinov, Marusik & Koponen, 2005 — Azərbaycan (1 növ)
- Barronopsis Chamberlin & Ivie, 1941 — ABŞ, Kuba, Baham adaları (7 növ)
- Benoitia Lehtinen, 1967 — Afrikadan Asiyaya qədər (9 növ)
- Calilena Chamberlin & Ivie, 1941 — ABŞ (16 növ, 5 yarımnöv)
- Hadites Keyserling, 1862 — Xorvatiya (1 növ)
- Histopona Thorell, 1869 — Avropa (18 növ)
- Hololena Chamberlin & Gertsch, 1929 — ABŞ (30 növ)
- Huangyuania Song & Li, 1990 — Çin (1 növ)
- Huka Forster & Wilton, 1973 — Yeni Zelandiya (5 növ)
- Kidugua Lehtinen, 1967 — Konqo (1 növ)
- Lycosoides Lucas, 1846 — Şimali Afrika (10 növ)
- Mahura Forster & Wilton, 1973 — Yeni Zelandiya (18 növ)
- Maimuna Lehtinen, 1967 — Cənub-Qərbi Asiya (7 növ)
- Malthonica Simon, 1898 — Avrasiya, Afrika (41 növ, 1 yarımnöv) Malthonica lehtineni
- Melpomene O. P.-Cambridge, 1898 — ABŞ, Orta Amerika, Kosta-Rika (12 növ)
- Mistaria Lehtinen, 1967 — Afrika, Yəmən (1 növ, 1 yarımnöv)
- Neoramia Forster & Wilton, 1973 — Yeni Zelandiya, Kempbell adası (22 növ)
- Neorepukia Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
- Neotegenaria Roth, 1967 — Qviyana (1 vöv)
- Novalena Chamberlin & Ivie, 1942 — ABŞ-dən Mərkəzi Amerikaya qədər (19 növ)
- Olorunia Lehtinen, 1967 — Konqo (1 növ)
- Oramia Forster, 1964 — Avstraliyadan Yeni Zelandiyaya qədər ərazilərdə, Lord-Hau, Çatem arxipelaqı (8 növ)
- Oramiella Forster & Wilton, 1973 — Yeni Zelandiya (1 növ)
- Orepukia Forster & Wilton, 1973 — Yeni Zelandiya (24 növ)
- Paramyro Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
- Porotaka Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
- Pseudotegenaria Caporiacco, 1934 — Европа (5 növ)
- Rualena Chamberlin & Ivie, 1942 — ABŞ-dən Mərkəzi Amerikaya qədər (12 növ)
- Tararua Forster & Wilton, 1973 — Yeni Zelandiya (7 növ)
- Tegenaria Latreille, 1804 — ABŞ, Avrasiya (110 növ)
- Textrix Sundevall, 1833 — Avropa (7 növ)
- Tikaderia Lehtinen, 1967 — Himalay (1 növ)
- Tortolena Chamberlin & Ivie, 1941 — ABŞ, Mekksika Kosta-Rika (2 növ)
- Tuapoka Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
- How to Know the Spiders, by B. J. Kaston. Dubuque, 1953.
- Biology of Spiders, by Rainer F. Foelix, second edition, 1996
- B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 378