Malthonica lehtineni — Çala hörümçəkləri fəsiləsinə, Malthonica cinsinə aid növ. Azərbaycan endemik canlısı.
Malthonica lehtineni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Cins: ???: Malthonica lehtineni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Kiçik ölçülü hörümçəkdir. Erkəklərin uzunluğu 5,6 mm, baş-gövdə 2,5 mm (eni 1,9 mm). Baş-gövdə sarı olsa da, boz naxışlarla örtülü olur. Ayaqları sarı rəngdədir.
Malthonica lehtineni növü ilk dəfə 2005-ci ildə arаxnoloqlar Elçin Hüseynov ( Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (REA UŞB Biloji Problemlər İnstitutu, Maqadan, Rusiya) və Seppo Kоpоnеn (Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən M. lenkoranica, M. nakhchivanica və M. pseudolyncea Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır.
Malthonica lehtineni növü M. podoprygorai, M. rilaensis və M. silvestris növləri ilə birlikdə Malthonica cinsinə daxildir. M. lehtineni adı növə finland araxnoloqu Dr. Pekka T. Lehtinen şərəfinə adlandırılıb[2]