Mamidoil Jetoil

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mamidakis ailəsinə məxsus yanacaqdoldurma məntəqələrindən biri (2007-ci il)

"Mamidoil Jetoil"Yunanıstanın neft şirkəti[1] Yunanıstanın ən uzunömürlü və böyük şirkətlərindən biridir[1].

1968-ci ildə yaradılmış "Mamidoil Jetoil" şirkəti Yunanıstan və Balkan ölkələrində neft məhsullarının saxlanılması, daşınması və ticarəti ilə məşğul olmuşdur[1]. Şirkətin "JETOIL" brendi ilə 600 yanacaqdoldurma məntəqəsi olmuşdur. Eyni zamanda törəmə müəssisələri vasitəsilə Albaniya, Bolqarıstan, SerbiyaKosovoya sərmayə yatırmışdır[1].

Şirkətin böyük problemləri 2015-ci ildə başlamışdır[1]. Nəticədə Yunanıstanın cənubundakı biznesi satılmışdır[1]. 2015-ci il iyun ayının əvvəlində şirkət iflasa uğradığının elan olunması üçün ərizə vermişdir[1]. Şirkətinin 2015-ci ilin sonuna kreditorlara və dövlətə 314 milyon avro borcu olmuşdur. Müştərilərin isə şirkətə 174 milyon avro borcu olmuşdur[1].

Şirkətinin sahibi olan 84 yaşlı Kiriakos Mamidakis şirkəti iflasa uğradığı üçün 2016-cı ildə Krit adasındakı evində intihar etmişdir[1].

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 Neft şirkətinin sahibi evində ölü tapıldı Arxivləşdirilib 2016-07-04 at the Wayback Machine. lent.az, 03.07.2016  (az.)

Xarici keçidlər