"Mamidoil Jetoil" — Yunanıstanın neft şirkəti[1] Yunanıstanın ən uzunömürlü və böyük şirkətlərindən biridir[1].
1968-ci ildə yaradılmış "Mamidoil Jetoil" şirkəti Yunanıstan və Balkan ölkələrində neft məhsullarının saxlanılması, daşınması və ticarəti ilə məşğul olmuşdur[1]. Şirkətin "JETOIL" brendi ilə 600 yanacaqdoldurma məntəqəsi olmuşdur. Eyni zamanda törəmə müəssisələri vasitəsi ilə Albaniya, Bolqarıstan, Serbiya və Kosovoya sərmayə yatırmışdır[1].
Şirkətin böyük problemləri 2015-ci ildə başlamışdır[1]. Nəticədə Yunanıstanın cənubundakı biznesi satılmışdır[1]. 2015-ci il iyun ayının əvvəlində şirkət iflasa uğradığının elan olunması üçün ərizə vermişdir[1]. Şirkətinin 2015-ci ilin sonuna kreditorlara və dövlətə 314 milyon avro borcu olmuşdur. Müştərilərin isə şirkətə 174 milyon avro borcu olmuşdur[1].
Şirkətinin sahibi olan 84 yaşlı Kiriakos Mamidakis şirkəti iflasa uğradığı üçün 2016-cı ildə Krit adasındakı evində intihar etmişdir[1].