Mancuriya alması

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mancuriya alması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Təbii yayılması

Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır. Sentyabrda yetişir və bütün qışı ağacda qalır. Toxum yuvaları bərk qabıqlıdır.

Ekologiyası

İşıqsevən, şaxtaya, quraqlığa davamlı, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

Azərbaycanda bəzi rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Bu dekorativ bitkidən yaşıllaşdırılmada istifadə edilə bilər, budamanı yaxşı keçirir və canlı hasarlar üçün yararlıdır.

İstinadlar

Həmçinin bax