Marat Allahverdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Marat Allahverdiyev
bayraq
Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri
bayraq2
7 dekabr 1976 – 9 sentyabr 1980
ƏvvəlkiCahangir İldırımzadə
SonrakıNazim İbrahimov
bayraq
Azərbaycan Ali Sovetinin deputatı
bayraq2
1990 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 18 may 1941(1941-05-18)
Doğum yeri
Vəfat tarixi 24 oktyabr 2015(2015-10-24) (74 yaşında)
Təhsili
Uşağı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı
Azərbaycan SSR əməkdar hüquqşünası

Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı

Həyatı

Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib.[1]

Ailəsi

3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır.

Fəaliyyəti

Əmək fəaliyyəti

Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri,[2] məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb.

Siyasi fəaliyyəti

1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Elmi fəaliyyəti

Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.

Təltifləri

20 may 1990-ci ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984-1990-ci illərdə 30 qədər məscid o cümlədən “Təzə-Pir”, “Əjdərbəy”, “Maştağa”, “Mərdəkan”, “Bibi-heybət”, “Türbə”, bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H.Z.Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.

İstinadlar

  1. "Marat Allahverdiyev". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
  2. "Bir-birimizin həm naziri, həm də işçisi olmuşuq…". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.