Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir[1]), Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru.[2]
Allahşükür Paşazadə | |
---|---|
tal. Allahšukur Pašazadə | |
Vəzifədədir | |
1980-ci ildən | |
Əvvəlki | Mirqəzənfər İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1949 (75 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | mufti, universitet müəllimi[d] |
Dini | islam, on iki imam şiəliyi, şiəlik |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilmişdir.[3] Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır.[4] 1991-ci ildə Bakı İslam Universitetinin təsis etmişdir.
Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri (2003-cü ildən ömürlük), 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009)
Şeyxin həyat və fəaliyyəti ilə bağlı aşağıdakı kitablar və yüzlərlə məqalələr nəşr olunmuşdur:
2001-ci ildə Əli İsa Cabbarov tərəfindən Azərbaycan Televiziyasında istehsal edilmiş Ana duasından başlanan yol adlı qısametrajlı sənədli televiziya film çəkilmişdir.
2009-cu ildə Vaqif Mustafayev tərəfindən Allaha şükür adlı tammetrajlı sənədli film çəkilmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |