Mehdi Məhərrəmov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mehdi Məhərrəmov
Mehdi Əmirхan оğlu Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyun 1973(1973-06-26)
Doğum yeri
Vəfat tarixi 5 fevral 1993(1993-02-05) (19 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Molla Əmirxan[d]
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
Rütbəsi əsgər
Döyüşlər

Mehdi Məhərrəmov (26 iyun 1973, Daşkənd, Vardenis rayonu5 fevral 1993, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, itkin.[1]

Həyatı

Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.[2] 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.

1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.

Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.[3]

11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmişdir.[4]

5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür.[5] Məzarının yeri məlum deyil. Ona Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir.

Ailəsi

Subay idi. Şair Həsən Xəyallının nəvəsi, din xadimi Molla Əmirxanın oğlu, şair-zabit Əli Məhərrəmovun qardaşıdır.

Xatirəsi

EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Mehdi Məhərrəmovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.

24 iyun 2023-cü ildə 50 illik yubileyi qeyd olunmuş, haqqında "Göyçədən başlanan şəhidlik yolu" adlı kitab yazılmışdır.

İstinadlar

  1. Mir Cəfər. Bərdə şəhidləri Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. Bakı, Sabah, 2005. səh. 252
  2. "YENİDAŞKƏND 6 ŞƏHİD". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  3. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 260—261. ISBN 978-9952-568-22-6.
  4. "Azərbaycan rabitəsinin qurucuları və davamçıları - Müharibə veteranı və şəhid rabitəçilər. 17 avqust 2012". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.
  5. Bizi əsirlikdən qurtarın (davamı-13) Babayev Əlipaşa Adil oğlu [ölü keçid]

Mənbə