Mehdi Əmirxan oğlu Məhərrəmov (26 iyun 1973, Daşkənd, Vardenis rayonu – 5 fevral 1993, Ağdərə rayonu) — Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri.[1]
Mehdi Məhərrəmov | |
---|---|
Mehdi Əmirхan оğlu Məhərrəmov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1993 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | itkin |
Dəfn yeri | bilinmir |
Vətəndaşlığı | |
Atası | Molla Əmirxan[d] |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbə | əsgər |
Döyüşlər |
Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.[2] 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.
1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.
Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.[3]
11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmişdir.[4]
5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür.[5] Məzarının yeri məlum deyil. Ona Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir.
Subay idi. Şair Həsən Xəyallının nəvəsi, din xadimi Molla Əmirxanın oğlu, şair-zabit Əli Məhərrəmovun qardaşıdır.
EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Mehdi Məhərrəmovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
24 iyun 2023-cü ildə 50 illik yubileyi qeyd olunmuş, haqqında "Göyçədən başlanan şəhidlik yolu" adlı kitab yazılmışdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |