Daşkənd kəndi

Daşkəndİrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd.

Daşkənd
40°07′35″ şm. e. 45°47′28″ ş. u.HGYO
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.151 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 317 nəf. (2011)[1]
Rəsmi dili
Daşkənd xəritədə
Daşkənd
Daşkənd
Daşkənd xəritədə
Daşkənd
Daşkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daşkənd kəndi Geğarkunik vilayətinin mərkəzi Qavar (Kəvər) şəhərindən 80 km cənub-şərqdə, dəniz səviyyəsindən 2155 m hündürlükdə yerləşir. Kənd eyni zamanda keçmiş Basarkeçər rayonunun mərkəzi Basarkeçər şəhərindən 8 km məsafədə yerləşir.

Kəndin ərazisi Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur.

Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir.

Kəndin ərazisində Sarıbulaq, Hacı Qurban bulağı, Ocaq bulağı, Qocaman bulağı, Tərsə çayı, Borda bulağı, Qamışlı bulağı, Paşa oğlunun bulağı, Telli bulağı, Əli bulağı, Buzlu bulağı və başqa bulaqlar vardı.

Həmçinin Daşkəndə məxsus ərazilərdə Hacı Rəhimin komu, Aşıq Nəcəfin komu, Kəmənd, Haray, Quzey, Xamgüneyi, Namazın sarısı, Gödək güney, Göy təpə, Səngər təpəsi, Uzun güney, Böyük və Kiçik çanaq, Şəhər dərəsi, Kötük dərəsi, At yeyən, Oyuxlu, Düz və Ayrım dərələri və s. adda toponimlər vardır.

"İrəvan əyalətinin icmal dəftəri"ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Kəndin Andranikin dəstələrinə qarşı şücaətlə vuruşmuş Hacı Rəhim, Məşədi Qasım, Ziyad Babayev, Qaçaq İdris kimi oğulları olmuşdur.

5 fevral 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndindən olan el sənətkarı Aşıq Nəcəf daşnaklar tərəfindən girov götürülmüşdür. Onu 2 gün ac-susuz çalıb-oxumağa məcbur etmişlər. Sonra isə Aşıq Nəcəf Çaxırlı kəndi ilə Basarkeçər arasındakı Küllütəpə adlanan yerdə ağır işgəncə ilə qətlə yetirilmişdir. Belə ki, onun kürəyinə qaynar samovar bağlayaraq küləyin əks istiqamətində qaçmağa məcbur etmişlər.

Daşkəndin adı 19 aprel 1991-ci ildən Hayrik qoyulmuşdur.[4]

Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd ərazisinin biçənəkləri maldarlıq üçün əhəmiyyətlidir. Bol sulu bulaqlarla əhatə olunmuşdur. Kəndin ərazisi vaxtilə Qazax qəzasının otaraq və yaylaq yerləri olmuşdur.

Kənddən azərbaycanlılar qovulmamışdan əvvəl bir orta məktəb, uşaq bağçası, xəstəxana, məişət evi fəaliyyət göstərmişdir.

Kənddə sovet hakimiyyəti illərindən qabaq Cənubi Azərbaycandan gələn adı dəqiq olmayan bir axund tərəfindən dini məktəb fəaliyyət göstərmişdir. Həmin məktəb 1917-ci ilə qədər fəaliyyət göstərmişdir. Məktəb 1917-ci ildə sovet bolşevikləri tərəfindən təzyiqə məruz qaldığı üçün fəaliyyətini dayandırmışdır.

1924-cü ildən 1926-cı ilə qədər kənddə dövlət tərəfindən açılan iki sinifli məktəb fəaliyyət göstərmişdir. 1926-cı ildən 1928-ci ilə qədər ibtidai məktəb (I–IV), 1928-ci ildən 1939-cu ilə qədər yeddi illik (VII), 1939-cu ildən 1988-ci ilin dekabrına qədər tam orta məktəb olmuşdur. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı adamların evlərində keçirilərdi. Kənddə bünövrəsi 1971-ci ildə qoyulan 1975-ci ildə istifadəyə verilən 620 şargirdin təhsil alması üçün üç mərtəbəli yeni orta məktəb binasının tikilməsinin təşkilatçısı partiya, dövlət xadimi və eyni zamanda həmin məktəbin direktoru kənd sakini Şamoyev Qoşunəli Novruz oğlu olmuşdur.

Səfxan Rüstəmov, Təvəkkül Hüseynov, Qurban Namazov, Azər Kərimov, Hacı Əli Məmmədov, Qələndər Canbaxışov, Lətif Əsədov, Rüstəm Dastanoğlu, Əli Hüseynov, Turab Canbaxışov, Yuris Bayramov, Rafiq Bayramov və b. kənd məktəbində orta təhsil almışlar.

XII əsrə aid Alban abidəsi

Kənddə iki alban məbədi mövcuddur. Qaya silsiləsində dörd böyük mağara var.

Daşkənd kəndi Azərbaycan aşıq məktəbinə Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı, Alqayıt, Sərraf Şiruyə, Maksim Şamil, Aqil İman, Eldar Həsənli və başqaları kimi saz-söz ustadları vermişdir.

Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Başxanım Şəfiqızı, Aslan Məmmədsadiqoğlu, Aşıq Savad, Aşıq Ziyad, Qəmgin Fəzi, Aşıq Əli Şairov, Aşıq Abbasəli, Muxayıl Göyçəli, Aşıq Səfiyar, Aşıq Novruz, Nəbi Həsənoğlu, Aşıq Nuriddin, Aqil İman, Eldar Həsənli, Aşıq Arzuman, Aşıq Firudin, Əli Məhərrəmov və b.

Kənddə 1831-ci ildə 357, 1873-cü ildə 560, 1886-cı ildə 816, 1897-ci ildə 1004, 1908-ci ildə 816, 1914-cü ildə 1389, 1916-cı ildə 1054 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1919-cu il yanvarın 20–23-də azərbaycanlılara qarşı erməni silahlı birləşmələri qırğınlar törətmişlər[6]. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 882, 1926-cı ildə 984, 1931-ci ildə 1230[7], 1987-ci ildə 2100 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci il noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayır.

1987-ci ilin məlumatına görə Daşkənd kəndində 458 ailə-təsərrüfat vardı.[9]

1953-cü ildə Daşkənd kəndindən olan 130 ailə (617 nəfər) deportasiya olunmuşdur. Onlara köçmə bileti paylanılmış və üç aylıq müvəqqəti vəsiqə verilmişdi.[10] Köçürülmə prosesinə bir həftə qalmış yerli sakinlərdən Süleyman, Xıdır və Bayram adlı üç ağsaqqal ərazi seçimi üçün Bərdəyə gəlir və indiki Yeni Daşkənd kəndinin ərazisini tövsiyə edirlər. Beləliklə, daşkəndlilər 1953-cü il mayın 18-də yük maşınları ilə Zəngibasar rayonundakı Uluxanlı stansiyasına, oradan isə yük vaqonları ilə Yevlax Dəmiryol Stansiyasına, mayın 27-də isə yenidən yük maşınları ilə Bərdə rayonunun "Yeddi çinar" adlanan ərazisinə gətirilirlər.[11] İlk günlərdə ailələrin rayonun 10–12 kəndində yerləşdirilməsi nəzərdə tutulsa da, Bərdə rayon rəhbərliyi daha əvvəl ərazidə olmuş ağsaqqalların xahişi və təkidi ilə ayrıca kəndin salınmasına razılıq verir. Beləliklə, həmin ilin may–iyun aylarında Yeni Daşkənd kəndinin əsası qoyulur.[11]

1988-ci ilin noyabr–dekabr aylarında Daşkənd kəndinin qalan azərbaycanlı əhalisi yenidən deportasiyaya məruz qalır.[12]

1988-ci ilin köçürülməsi səbəbi ilə bağlı kənddən Həsənov Sultan Əli oğlu (1928–1989) ürək dayanmasından Daşkənd kəndində, Əliyev Zeynalabdin Məhəmməd oğlu (1930–1989) isə Yeni Daşkənd kəndində özünə qəsd edərək həlak olmuşlar.[13]

İl Sayı
1831 357 [14]
1873 560 [14]
1886 816
1897 1.004
İl Sayı
1908 816
1914 1.389
1916 1.054
1926 1.003 [15]
İl Sayı
1939 1.474 [15]
1959 930 [15]
1970 1.322 [15]
1979 1.632 [15]
İl Sayı
1987 2.100
2001 441 [15]
2011 317 [1]

Tağı oğlu Məhərrəm, Hacı Rəhim, Molla Abuzər, Həsən Xəyallı və b. kənddə gənclərə dini təhsil vermişdir.

  • Araz Yaquboğlu. Bir kökün budaqları. Bakı, "Nurlan", 2006.
  • Araz Yaquboğlu. Daşkənd aşıqları və şairləri. Bakı, "Nurlan", 2008.
  • Araz Yaquboğlu. "Bərdə rayonundakı Yeni Daşkənd kəndi" // "Daşkənd və daşkəndlilər" kitabı, Bakı, "Hərbi Nəşriyyat", 2012. (az.)
  • Araz Yaquboğlu. Daşkənddən Yeni Daşkəndə (PDF). Bakı: Elm və təhsil. 2023. ISBN 978-9952-568-22-6.
  • Əziz Ələkbərli. Qədim türk-oğuz yurdu "Ermənistan". Bakı: Sabah. 1994.
  • Xasay Zeynalov. Göyçəsiz günlərim. Bakı: Nurlan. 2006.
  • Cəfər Qiyasi, İbrahim Bozyel. Erməni mənəvi terroru. Bakı: Kitab klubu. 2007.
  • Əlisahib Əroğul. Erməni-daşnaq faşizmi və Azərbycan. Bakı: Təhsil. 2007.
  • Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Gəncə. 2007.
  • Həbib Rəhimoğlu. Silinməz adlar, sağalmaz yaralar. Bakı: Azərnəşr. 1997.
  • Azərbaycan Respublikası Xatirə Kitabı. XI. Bakı: Respublika Xatirə Kitabı. 2011. 641–647.
  1. 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s. 120
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 76
  4. Nazim, Mustafa. Vandalizm: tarixi adlara qarşı soyqırımı (PDF) (az.). Bakı: Təhsil. 2006. səh. 16.[ölü keçid]
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 26–27, 110–111
  6. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s. 249
  7. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 26–27, 110–111
  8. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s. 284–285
  9. Xasay Zeynalov. Göyçəsiz günlərim. Bakı: Nurlan. 2006. səh. 97.
  10. "Yeni Daşkənd kəndinin yaranmasının 70 illiyi qeyd olunub" (az.). kaspi.az. 22 may 2023. 3 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2023.
  11. 1 2 Yaquboğlu, 2023. səh. 64
  12. "Azərbaycan Milli Ensiklopediyası" (az.). 4 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2023.
  13. Yaquboğlu, 2023. səh. 71
  14. 1 2 Կորկոտյան Զ. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) (erm.). Երևան: 1932. 185 s.
  15. 1 2 3 4 5 6 Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 20. 184 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]