Meqqi Beyrd

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Meqqi Beyrd
ing. Maggie Baird
Meqqi 2014-cü ildə
Meqqi 2014-cü ildə
Doğum adı Maggie May Baird[1][2]
Doğum tarixi 29 mart 1959(1959-03-29)[3] (65 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşaqları
Fəaliyyəti kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d], müğənni-mahnı yazarı, teatr pedaqoqu[d]
Fəaliyyət illəri 1981-ci ildən
Təhsili
  • Yuta Universiteti[d]
IMDb ID0047896
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meqqi Mey Beyrd[4] (29 mart 1959[3], Fruta[d], Kolorado) — amerikalı aktrisa, senarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyümüş, Yuta Universitetində rəqs və teatr üzrə təhsil almışdır. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur.

Həyatı

Meqqi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib.[5][6][7] 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir.[8][6] Meqqi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L.A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir.

Şəxsi həyatı

Meqqi 2018-ci ildə qızı Billi Ayliş ilə birlikdə

Meqqi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub. Evliliyindən iki il sonra oğlu Finneas dünyaya gəlmişdir. Onun qızı Billi Ayliş 2001-ci ilin dekabrında Los-Ancelesin Highland Park bölgəsində anadan olub.[9][10] O, və həyat yoldaşı övladlarına evdə təhsil veriblər.

İstinadlar

  1. Baird, Maggie May. "ASCAP Ace Search". American Society of Composers, Authors and Publishers (ASCAP). November 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2019.
  2. "Maggie May Baird (@maggiembaird) • Instagram photos and videos". maggiembaird [confirmed account] (ingilis). Instagram. May 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  3. 1 2 Maggie Baird // GeneaStar.
  4. Hatcher, Kirsty. "billie eilish shares birthday tribute mom maggie baird". People. March 30, 2023. March 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2023.
  5. Mawdsley, Melinda. "Fruita grad's indy film garners acclaim". Grand Junction Daily Sentinel (ingilis). May 15, 2015. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2019.
  6. 1 2 Paeff, Colleen. "Meet Maggie Baird". How Many Homeschoolers Does it Take to Make a Movie?. June 22, 2012. December 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  7. "Maggie Baird: Folk from Los Angeles, CA". ReverbNation (ingilis). December 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  8. "Maggie Baird Theatre Credits, News, Bio and Photos". broadwayworld.com (ingilis). July 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  9. Eells, Josh. "Billie Eilish and the Triumph of the Weird". Rolling Stone (ingilis). July 31, 2019. April 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
  10. Barlow, Eve. "The Highs and Lows of Being Billie Eilish". ELLE (ingilis). September 5, 2019. November 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.

Xarici keçidlər