Meqqi Mey Beyrd[4] (30 mart 1959[3], Fruta[d], Kolorado) — amerikalı aktrisa, ssenarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyüyüb, daha sonra Yuta Universitetinə daxil olaraq rəqs və teatr üzrə təhsil alıb. Məzun olduqdan sonra o, Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur.
Meqqi Beyrd | |
---|---|
ing. Maggie Baird | |
| |
Doğum adı | Maggie May Baird[1][2] |
Doğum tarixi | 30 mart 1959[3] (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşaqları | |
Fəaliyyəti | kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d], müğənni-mahnı müəllifi[d], ssenarist, film prodüseri, video editor[d], teatr pedaqoqu[d] |
Fəaliyyət illəri | 1981-ci ildən |
Təhsili |
|
IMDb | ID0047896 |
Vikianbarda əlaqəli mediafayllar |
Meqqi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib.[5][6][7] 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir.[8][6] Meqqi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L.A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir.
Meqqi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub. Evliliyindən iki il sonra oğlu Finneas dünyaya gəlmişdir. Onun qızı Billi Ayliş 2001-ci ilin dekabrında Los-Ancelesin Highland Park bölgəsində anadan olub.[9][10] O, və həyat yoldaşı övladlarına evdə təhsil veriblər.