Milovzorov rifi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Milovzorov rifi
rus. Рифы Миловзорова
Ümumi məlumatlar
Adaların sayı 5
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
81°11′46″ şm. e. 58°06′13″ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Milovzorov rifi xəritədə
Milovzorov rifi
Milovzorov rifi

Milovzorov rifiFrans-İosif Torpağı arxipelaqına daxil olan 5 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Rif 1953-cü ildə qütb gəmisinin kapitanı Pavel Milovzorovun[1] şərəfinə adlandırılmışdır.

Yerləşməsi

Adalar arxipelaqın şimalında, Payer adasının şimal-şərqində yerləşən Ostrıy Nos burnu rayonunda yerləşir.

Təsviri

Arxipelqın qərbi ilə şərqi arasında məsafə 2,5 km-dir. Mərkəzdə yerləşən ən iri rifin uzunluğu 1 km-dir. Rifdə hündürlük yoxdur.

Xəritə

İstinadlar

  1. "Имена на карте Арктики". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-14.