Payer adası

Payer adasıFrans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Cekson adasından 6 km şimalda yerləşir və ondan İtalyan boğazı ilə ayrılır. Amerikan boğazı ilə ilə isə Qrili adasından ayrılır. Qrili adası ondan 5.5 km cənubdadır.

Payer adası
rus. Остров Пайера
Ümumi məlumatlar
Sahəsi 152 km²
Uzunluğu
  • 20 km
Hündür nöqtəsi 451 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
81°08′58″ şm. e. 57°30′41″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Payer adası xəritədə
Payer adası
Payer adası

Uzunsov formaya malikdir. Uzunluğu 20 km, eni 12.5 km-dir. Sahil xəttinin uzunluğu 26 km-dir. Ərtazisinin 95 % buzla örtülüdür[1]. Adanım maksimal hündürlüyü 451 metr, sahəsi 152 km²-dir. Ada Avstriya-Macarıstan araşdırmaçısı, Frans-İosif Torpağını ilk dəfə kəşf edən səyyah Yulius Payerin şərəfinə adlandırılır[2].

Yaxınlığında yerləşən adalar

[redaktə | mənbəni redaktə et]
  • Stoliçka adası — ada cənub-qərbdən şimal-şərqə uzanır. Hamar səthə malikdir. Bir hissədən dənizə enişi vardır. Morjların yatağıdır. Bu səbəbdən ağ ayıları özünə cəlb edir. Ada sahillərinin suyu dayaz və şəffadır. Ada avstriyalı bioloq və səyyah Ferdinand Stlokişin şərəfinə adlandırılmışdır. Adanın maksimal hündürlüyü — 81 m.
  • Apollonov adası — ada arxipelaqın şimalında yerləşir. Ada Payer adasında yerləşən Ostrıy Nos burnundan şimaldadır. Apollon adasından 1,3 km şimal-şərqdə Stoliçka adası, 800 metr şimalda isə Milovzorov rifi yerləşir. Dairəvi formaya malikdir. Diamerti 500 metrdir. Mərkəzində qaya vardır.
  • Milovzorov rifi — qrupa daxil olan adalar arxipelaqın şimalında, Payer adasının şimal-şərqində yerləşən Ostrıy Nos burnu rayonunda yerləşir.

Arxipelqın qərbi ilə şərqi arasında məsafə 2,5 km-dir. Mərkəzdə yerləşən ən iri rifin uzunluğu 1 km-dir. Rifdə hündürlük yoxdur.

  1. "Пермская арктическая группа «СЕВЕР»". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-16.
  2. Exploring Polar Frontiers: A Historical Encyclopedia — A To L and M To Z. William James Mills. 2 vol. Santa Barbara, CA: ABC CLIO, 2003. ISBN 1-57607-422-6, стр. 507