Minsılu Osmanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Minsılu Osmanova
Doğum tarixi 1 may 1950(1950-05-01) (74 yaş)
Doğum yeri
Elmi dərəcəsi
İş yeri
Təhsili
Mükafatları Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Minsılu Osmanova (1 may 1950, Baymak rayonu, Başqırd MSSR) — dilçi, pedaqoq-metodist, filologiya elmləri doktoru, professor, Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010).

Bioqrafiyası

Minsılu Osmanova 1 may 1950-ci ildə Başqırd MSSR, Baymak rayonu İşməhəmməd (Karamalı) kəndində anadan olmuşdur. 1972-ci ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir (Ufa).

SSRİ Elmlər Akademiyası Ural şöbəsinin Başqırd Elmi Mərkəzinə daxil olan Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləmişdir.

1991-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllimə kimi fəaliyyət göstərir.

2008-ci ildən M. Akmolla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin başqırd filologiyası fakültəsinin müəllimi, başqırd dili kafedrasının professoru və tədris metodisti.

Elmi tədqiqat işləri: başqırd dilinin funksional qrammatikası, onomastika, toponimika, başqır dilinin rus və milli məktəblərdə tədris metodikası. 200-ə yaxın elmi və tədris-metodik əsərin, eləcə də təhsil lüğətlərinin müəllifidir.

Mükafat və təltifləri

  • "Başqırdılstan Respublikası təhsiol əlaçısı" nişanı ilə təltif edilmişdir (2002).
  • Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010).
  • Filologiya elmləri doktoru (2003)

Əsas işləri

  • Усманова М. Г. Топонимия бассейна реки Сакмары : автореферат дис. … кандидата филологических наук : 10.02.02 / Башк. гос. ун-т им. 40-летия Октября. — Уфа, 1990. — 23 с.
  • Усманова М. Г. Имя отчей земли: Историко-лингвистическое исследование топонимии бассейна реки Сакмар. — Уфа: Китап, 1994. — 272 с. — ISBN 5-295-01337-5.
  • Усманова М. Г. Функционально-семантическая классификация глаголов башкирского языка. — Уфа, 2002.

Ədəbiyyat

Усманова Минсылу Губайтовна // Баймакская энциклопедия / Научно-ред. коллегия: И. Х. Ситдиков (председ.), К. И. Аглиуллина, А. З. Асфандияров и др. — Уфа: Башкирская энциклопедия, 2013. — С. 547. — 640 с. — 3100 экз. — ISBN 978-5-88185-084-5. (в пер.)

Mənbə