Minsılu Osmanova (1 may 1950, Baymak rayonu, Başqırd MSSR) — dilçi, pedaqoq-metodist, filologiya elmləri doktoru, professor, Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010).
Minsılu Osmanova | |
---|---|
Doğum tarixi | 1 may 1950 (74 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Minsılu Osmanova 1 may 1950-ci ildə Başqırd MSSR, Baymak rayonu İşməhəmməd (Karamalı) kəndində anadan olmuşdur. 1972-ci ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir (Ufa).
SSRİ Elmlər Akademiyası Ural şöbəsinin Başqırd Elmi Mərkəzinə daxil olan Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləmişdir.
1991-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllimə kimi fəaliyyət göstərir.
2008-ci ildən M. Akmolla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin başqırd filologiyası fakültəsinin müəllimi, başqırd dili kafedrasının professoru və tədris metodisti.
Elmi tədqiqat işləri: başqırd dilinin funksional qrammatikası, onomastika, toponimika, başqır dilinin rus və milli məktəblərdə tədris metodikası. 200-ə yaxın elmi və tədris-metodik əsərin, eləcə də təhsil lüğətlərinin müəllifidir.
Усманова Минсылу Губайтовна // Баймакская энциклопедия / Научно-ред. коллегия: И. Х. Ситдиков (председ.), К. И. Аглиуллина, А. З. Асфандияров и др. — Уфа: Башкирская энциклопедия, 2013. — С. 547. — 640 с. — 3100 экз. — ISBN 978-5-88185-084-5. (в пер.)