Mitsuko Mori

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mitsuko Mori
yap. 森光子
Doğum tarixi 9 may 1920(1920-05-09)[1] və ya 9 may 1923(1923-05-09)[2]
Doğum yeri
Vəfat tarixi 10 noyabr 2012(2012-11-10)[1][2]
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, müğənni, seyyu
Fəaliyyət illəri 1935-ci ildən
Mükafatları "Mədəniyyət" ordeni "Bənövşəyi lent" medalı
IMDb ID0605281
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mitsuko Mori (森 光子, Mori Mitsuko?, 9 may 1920[1] və ya 9 may 1923[2], Kioto10 noyabr 2012[1][2], Tokio[d]) və ya əsl adı ilə Mitsu Murakami (村上美津, Murakami Mitsu?)Yaponiya aktrisası və müğənnisi. O, "Yaponiya şou-biznesinin anası" hesab olunur[3] və 2009-cu ildə Yaponiyada "Xalqın fəxri" mükafatına layiq görülmüş ilk aktrisa olmuşdur.[4]

Həyatı

Mitsu Murakami 9 may 1920-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kino aktrisası kimi ilk çıxışı 14 yaşında bir tarixi dram filmində baş tutmuşdur. Vokalist bacarığı ilə tanınan Mitsuko 1941-ci ildə Tokioya köçmüş və caz müğənnisi kimi çıxış etməyə başlamışdır. 1940-cı illərdə Yaponiya, ÇinCənub-Şərqi Asiyada konsertlər vermişdir.[4]

Mitsuko 1952-ci ildə radio vasitəsilə bütün ölkədə yayımlanan bir komediya səhnə tamaşasında çıxış etmiş və Yaponiyada tanınan aktrisalardan birinə çevrilmişdir.[4] "Bu dövrdür" kimi teleseriallarda rol almış, tabloid televerişlərin aparıcısı olmuş, bir çox televerilişdə qonaq qismində iştirak etmişdir.[5] 1961-ci ildə Fumiko Hayaşinin avtobioqrafik romanına əsaslanan "Horoki" (放浪記, "Bir səyahətçinin dəftərçəsi"?) adlı səhnə tamaşasında debüt etmişdir. O, 2009-cu ilə qədər bu tamaşada 2017 dəfə çıxış etmiş və bu tamaşada 2000 dəfədən çox çıxış etmiş ilk şəxs olmuşdur.[4] Bu səbəbdən 2009-cu ilin mayında Yaponiya hökuməti tərəfindən "Xalqın fəxri" mükafatına layiq görülmüşdür.[5] 2007-ci ildə bu tamaşada çıxış etməyi buraxacağını açıqlamış və sonuncu "Horoki" performansını 2009-cu ildə sərgiləmişdir.[4]

Mitsuko 10 noyabr 2012-ci ildə Tokioda yerləşən bir xəstəxanada ürək çatışmazlığı səbəbilə ölmüşdür.[3]

Xatirəsi

Google 1 iyul 2021-ci ildə buraxdığı dudlı Mitsuko Moriyə həsr etmişdir.[4]

İstinadlar

  1. 1 2 3 4 Freebase Data Dumps. Google.
  2. 1 2 3 4 IMDb (ing.). 1990.
  3. 1 2 "Actress Mitsuko Mori dies of heart failure at 92". Mainichi (ingiliscə). 15 noyabr 2012. 24 noyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2023.
  4. 1 2 3 4 5 6 "Celebrating Mitsuko Mori". Google Doodle (ingiliscə). 1 iyul 2021. İstifadə tarixi: 22 sentyabr 2023.
  5. 1 2 "Actress Mori in line for People's Honor Award". Yomiuri Shimbun (ingiliscə). 12 may 2009. 12 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2023.

Xarici keçidlər