Mohand Şəhri

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mohand Şəhri
ərəb. مهند الشهريffds
Doğum tarixi 7 may 1979(1979-05-07) və ya 17 avqust 1979(1979-08-17)
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 2001(2001-09-11) (22 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mohand Məhəmməd Fayiz əl-Şəhri (ərəb. مهند الشهري‎; 7 may 1979 və ya 17 avqust 1979, Əsir bölgəsi[d]11 sentyabr 2001, Nyu-York, Nyu-York ştatı) ― 11 sentyabr terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş hava quldurlarından biri. Soyadının eyni olmasına baxmayaraq, o, Amerika Hava Yolları reys 11-i qaçırqn Vail əl-Şəhri və ya Valid əl-Şəhri ilə qohum deyildi.

Səudiyyə Ərəbistanı vətəndaşı olan əl-Şəhri pis göstəricilərinə görə oxuduğu məktəbdən qovulmuşdur. Daha sonra 2000-ci ildə döyüşmək üçün Çeçenistana yollandı, lakin böyük ehtimalla Əfqanıstandakı Əl-Qaidə təlim düşərgələrinə yönəldildi. 2000-ci il oktyabr ayında ABŞ tələbə vizasını aldı.

Şəhri ABŞ-yə 2001-ci ilin mayında gəldi. 11 sentyabr 2001-ci ildə Şəhri Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin Dünya Ticarət Mərkəzinin Cənubi Qülləsi ilə toqquşması üçün onu qaçırtmağa kömək etdi.

Həyatı

1979-cu il təvəllüdlü Şəhri Səudiyyə Ərəbistanının Əsir vilayətindən gələn beş hava quldurlarından biri idi, digərləri Əhməd əl-Nami, Əbdüləziz əl-Öməri və Mohand ilə qohumluq əlaqəsi olmayan ValidVail əl-Şəhri qardaşları idi.

"Arab News"un verdiyi məlumata görə, 2000-ci ilin əvvəllərində Çeçenistana döyüşməyə getdi və ola bilsin ki, orada Həmzə əl-Qəmdi ilə tanış oldu. 23 oktyabrda Mohand Ciddədə ABŞ B-1/B-2 vizası üçün müraciət etdi. Məktəbinin ünvanındakı səhvdən başqa müraciət şübhəli gəlmədi və viza verilməzdən əvvəl intevyu da təşkil olunmuşdur.[1]

Həmzə və Mohand həmin ilin oktyabr ayında birlikdə İrandan Küveytə uçdular.[2] Üç ay sonra, cütlük Florida ştatının Delrey Biç şəhərində poçt qutusu kirayəyə götürdü və eyni ad altında ictimai kitabxana kompüterlərindən istifadə etmək üçün qeydiyyatdan keçdi.[3]

O, 2001-ci ilin iyun ayı nağd depozit ilə SunTrust bank hesabı açan 9 hava quldurlarından biri idi.[4]

Mohand Əbdüləziz əl-ÖməriSəid əl-Həmdi birlikdə Floridanın Vero Biç şəhərindəki "FlightSafety" Aviasiya Məktəbində simulyatorlarda təlim keçmişdir.

İstinadlar

  1. "Staff Monograph on 9/11 and Terrorist Travel" (PDF). 9/11 Commission. 2004. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  2. 9/11 Commission Report, p. 240.
  3. "09.11.01: One Year Later." St. Petersburg Times. September 1, 2002.
  4. "Hijacker True Name Usage Chart for 2001" (PDF). 2016-12-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.