Vail əl-Şəhri

Vail Mohammed əl-Şəhri (ərəb. وائل الشهري‎; 31 iyul 1973, Əsir bölgəsi[d]11 sentyabr 2001) — 11 sentyabr terror aktları çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə dəyərək qəzaya uğrayan Amerika Hava Yolları reys 11 ilə uçan təyyarəni qaçıran beş nəfərdən biri.

Vail əl-Şəhri
ərəb. وائل الشهري
Doğum tarixi 31 iyul 1973(1973-07-31)
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 2001(2001-09-11) (28 yaşında)
Vəfat səbəbi Amerika Hava Yolları reys 11-in qəsdən edilmiş qəzası
Fəaliyyəti terrorist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhri Səudiyyə Ərəbistanının Əsir bölgəsindəki Xamis Muşait şəhərindən olan ibtidai məktəb müəllimi idi. 2000-ci ilin əvvəllərində zehni problemləri müalicə etmək üçün Mədinəyə yollanmışdır. O, kiçik qardaşı Valid ilə 2000-ci ilin mart ayında Əfqanıstana səfər etmiş və Əl-Qaidə təlim düşərgəsinə qatılmışdır. Qardaşlar, 11 sentyabr hücumlarında iştirak etmək üçün Səudiyyə Ərəbistanının eyni bölgəsindən olan digər şəxslər ilə birlikdə seçildilər. Seçildikdən sonra Şəhri təmiz pasport almaq üçün 2000-ci ilin oktyabrında Səudiyyə Ərəbistanına döndü, sonra təzədən Əfqanıstana qayıtdı. 2001-ci ilin martında son vəsiyyətini videoya yazdı.

Şehri, 2001-ci il iyun ayının əvvəllərində ABŞ-yə çatdı və Floridanın cənubunda yerləşən Boynton-Biç ərazisindəki ucuz moteldə məskunlaşdı. 5 sentyabr 2001-ci ildə əehri Bostona yollandı və qardaşı ilə bir moteldə qeydiyyata alındı. Altı gün sonra Şəhri səhər tezdən Bostonun Loqan Beynəlxalq Hava Limanına gəldi və Amerika Hava Yolları reys 11 ilə uçan təyyarəyə mindi. Havaya qalxdıqdan on beş dəqiqə sonra Şəhri, qardaşı Valid və üç nəfərlə birlikdə təyyarəni qaçırdı. Onlar səhər saat 8:46-da təyyarəni qəsdən Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpdılar.

Hücumlardan sonra bəzi xəbərlərdə səhvən Şəhrinin bir Səudiyyə diplomatının oğlu olduğu və hələ də sağ-salamat olduğu bildirilirdi. Xamis Muşaitdəki Şehri ailəsi mediaya açıqlama verərkən, xəbərləri təkzib edərək Şəhri qardaşlarının itkin düşdüyünü və o vaxtdan bəri xəbər almadıqlarını bildirmişdilər.