Amerika Hava Yolları reys 11 — 11 sentyabr 2001-ci ildə 11 sentyabr terror aktı zamanı qaçırılan ilk təyyarə . Təyyarə Dünya Ticarət Mərkəzinin Şimal qülləsi ilə toqquşmuşdu. Amerikan Hava yollarına məxsus Boeing 767 təyyarəsi Bostondakı Loqan Beynəlxalq Havalimanından Los-Anceles Beynəlxalq Havalimanına yola düşmüşdü. Təyyarə qalxdıqdan əlli dəqiqə sonra pilotluq təhsilli olan terrorçular zorla kokpitə daxil olmuş və təyyarənin idarəsini ələ keçirərək şimal qülləsinə istiqamətləndirmişdi.
Amerika Hava Yolları reys 11 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Terrorizm, Suiqəsd, Hava piratlığı |
Yer | Dünya Ticarət Mərkəzi, Manhetten, Nyu-York şəhəri, Nyu-York, ABŞ |
Koordinatlar | 40°42′43″ şm. e. 74°00′47″ q. u. |
Ölkə | |
Sərnişin sayı | 81 (5 terrorçu da daxil olmaqla) |
Komanda | 11 |
Yaralı sayı | 0 |
Ölü sayı | 92 (5 terrorçu da daxil olmaqla) və təxminən 1600 nəfər (xilasedənlər də daxil olmaqla) Dünya Ticarət Mərkəzində olanlar. |
Təyyarə | |
Təyyarə modeli | Boeing 767-223ER |
Havayolu şirkəti | Amerika Hava Yolları |
Qalxma yeri | Loqan Beynəlxalq Havalimanı |
İstiqamət | Kaliforniya |
Uçuş nömrəsi | 11 |
Qeydiyyat nömrəsi | N334AA |
Vikianbarda əlaqəli mediafayllar |
Toqquşmada səksən bir nəfər sərnişin (5 terrorçu da daxil olmaqla), on bir ekipaj üzvü olmaqla 92 insan həyatını itirmişdir. Toqquşma amerika saatı (şərq saat qurşağı) ilə 8:46-da meydana gəlmişdi. O əsnada küçədə olanların çoxu toqquşmanı açıq şəkildə görmüşdülər. Toqquşma mindən çox adamın ölməsinə və yaralanmasına səbəb olmuşdu.
Amerika Hava Yollarının 11 səfər saylı uçuşu zamanı təyyarə modeli Boeing 767 olan təyyarə 158 sərnişin tutmuna malik olmasına baxmayaraq 11 sentyabr günü təyyarədə yalnız səksən bir sərnişin və on bir ekipaj üzvü olmuşdur.[1] Təyyarənin pilotları Con Oqonovski və birinci məmur Tomas McGinnes, təyyarənin kabin məmurları isə Barbara Arestegi, Cefri Kollman, Sara Lou, Karen Martin, Kathlin Nikosia, Betti Ong, Cin Rocer, Dianni Snayder və Mədlin Svini olmuşdur.[2]
Əl-Qaidə üzvü və hücumların lideri Məhəmməd Atta və digər pirat Əbdüləziz əl-Öməri 11 sentyabr 2001-ci ildə erkən saatlarda birlikdə Portland, Mendən Bostona uçmuşlar. Hər iki pirat da Los Anceles, Kaliforniyaya gedən təyyarədə biznes klass bileti almışdılar.[1] Digər üç pirat Valid əl-Şəhri, Vail əl-Şəhri və Sətəm əs-Suqami Loqan Beynəlxalq Hava Limanına avtomobillə gəlmişdilər. Beş pirat saat 07:40-dan etibarən yoxlamadan keçərək 07:45-də qalxması planlaşdırılan təyyarələrinə yerləşmişdilər.[3][4]
Məhəmməd Atta, Əbdüləziz əl-Omari ilə birlikdə təyyarənin biznes klass, Valid əl-Şəhri, Vail əl-Şəhri və Sətəm əs-Suqami isə birinci sinif bölümündə idilər.[5] Təyyarə on dörd dəqiqə gecikmə ilə saat 07:59-da hərəkət edərək Logan Beynəlxalq Havalimanından qalxmışdı.[6][7]
Qaçırma hərəkətinin saat 08:14-də başladığı ehtimal edilir. Bu pilotun və birinci məmurun Boston hava yolu idarəsi ilə danışığı kəsdiyi zamandır.[4] İki dəqiqə sonra təyyarə planlaşdırılan uçuş xəttini dəyişmişdi.
Bundan sonra təyyarədən hər hansı bir radio siqnal əldə olunmamış həmçinin təyyarənin digər təyyarələrlə toqquşmasınin qarşısını alan sistemdə bağlanılmışdı. Uçuş vəzifəliləri Ong və Svini qaçırılma əsnasında Amerika Hava Yolları ilə AT&T hava telefonundan istifadə edərək mərkəz ilə təmas qurmuş və terrorçuların həmkarlarından ikisini yaraladıqlarını və bir İsrailli sərnişini öldürdüklərini söyləmişdilər. 08:23:38-də Atta kokpitdən sərnişinlərə səslənməyə çalışmış, lakin yanlış düymədən istifadə etdiyi üçün mesajı hava yolları idarəsinə getmişdi. Atta mesajda dənə təyyarə qaçırdıqlarını və hər kəsin təhlükəsiz olduğunu səssiz qaldıqları müddətcə hər şeyin düzələcəyini ayrıca havalimanına geri qayıdacaqlarını söyləmişdi.
Bir dəqiqə sonra da "kimsə hərəkət etməsin, hər şey yaxşı olacaq, hərəkət etməyə qalxsanız təyyarəni və özünüzü təhlükəyə atmış olacaqsınız. Yalnız səssiz qalın." demişdi. Təyyarənin qaçırıldığının fərqinə varan hava yolları idarəsi "Federal Aviasiya Administrasiyası"na məlumat vermişdir. Qısa bir müddət sonra Atta "lütfən tərpənməyin, havalimanına geri dönürük, axmaqca bir hərəkət etməyin" anonsunu etmişdi. Beş dəqiqə sonra Bostan hava yolları idarəsi, Şimali Amerika Hava Müdafiəsi Komandanlığı (North American Aerospace Defense Command) xəbər vermişdi. Komandanlıq iki dənə F-15 döyüş təyyarəsinə reaktivi əla keçirmək əmrini vermiş, lakin bu çox gecikmiş bir addım olmuşdu. Amerika Hava Yollarının 11 səfər saylı uçuşu Manhetten üzərindəki son dönüşünü etmiş və döyüş təyyarələri ona çatmağa altı dəqiqə qalmış saat 08:46:30-da Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə toqquşmuşdu.
Toqquşmadan sonra Şimal Qülləsi yanmağa başlamiş, yanğın 102 dəqiqə davam etmiş və daha sonra isə çökmüşdü. Toqquşma binaya böyük ziyan vursa da çöküşün səbəbi, təyyarə yanacağının meydana gətirdiyi yanğın sonrası ortaya çıxan böyük təzyiqin binanın quruluşuna zərər verməsi ilə izah olunmuşdur. Həmçinin çökmə nəticəsində yüzlərlə xilasedici vəzifə əsnasında həyatlarını itirmişdi.
Bölgədəki xilasetmə qrupu hücumdan dərhal hadisə qurbanlarının bədənlərini və sağ qalma ehtimalı olan insanları axtarmağa başlamışdılar. İşçilər ekipaj üzvündən bir nəfərin cəsədini əlləri bağlı bir şəkildə tapmışdılar. Bu da təyyarəni qaçıranların qandaldan istifadə etdikləri anlamına gəlir.
Qeyd: Təyyarədə olan 5 nəfər terrorçu bu siyahıya daxil deyil.
Milliyət | Şərnişinlər | Ekipaj | Ümumi |
---|---|---|---|
ABŞ | 71 | 11 | 84 |
ABŞ və İsrail | 1 | 0 | 1 |
ABŞ və Kolumbiya | 2 | 0 | 2 |
Birləşmiş Krallıq | 1 | 0 | 1 |
Avstraliya | 1 | 0 | 1 |
Ümumi | 76 | 11 | 87 |