Moza bint Nasir əl-Misnəd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şeyxa Moza bint Nasir əl-Misnəd
ərəb. موزا بنت ناصر المسند
Doğum tarixi 1959/1958
Doğum yeri Əl Khor, Qətər
Həyat yoldaşı Hamad bin Xəlifə Al-Sani
Uşaqları Yasim bin Hamad
Təmim bin Həməd
Əl Məyəssə bint Hamad
Coan bin Hamad
Məhəmməd bin Hamad
Xəlifə bin Hamad
Hind bint Hamad
Atası Nasir bin Abdullah əl-Misnəd
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı.

Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub.

O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb.

2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib[1].

İstinadlar