Mustafa Bəy Miralayev
Naviqasiyaya keç
Axtarışa keç
Mustafa bəy Miralayev | |
---|---|
Doğum yeri | Daş Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Həyat yoldaşı | Səyalı xanım |
Uşaqları | 4 oğul, 4 qız |
Mustafa Bəy Miralayev (XIX əsrin 60-cı illəri—?) — bəy, Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir.
Ailəsi
Qazax rayonunun Daş Salahlı kəndinə mənsub Miralayevlər soyundandır. 4 oğlu, 4 qızı olmuşdur. Fikrət Seyidov, Mirvarid Dilbazi və Yaqut Dilbazinin ana tərəfdən babasıdır.
Mənbə
- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.