Hacı Mahmud Əfəndi

Hacı Mahmud Əfəndi AslanbəyliŞeyx, Azərbaycan və Türkiyədə məşhur din xadimi, şair, təsəvvüf alimi. Hacı Mahmud Əfəndinin türbəsi Azərbaycan, Türkiyə, Borçalı və Dağıstanda tanınan bir ziyarətgahdır. Aslanbəyli kəndinə mənsub Seyidovlar soyunun ulu babasıdır. Aslanbəyli kəndindəndir.

Mahmud əfəndi İncəvi
Hacı Mahmud Əfəndi Veysəl Qarani oğlu
Doğum tarixi 1835
Doğum yeri
Vəfat tarixi 1896
Vəfat yeri
Əsas maraqları sufilik
Təsirlənib Mir Həmzə Nigari, Ömər Xəlvəti

Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir.[2]

Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, müəyyən müddət Şəkidə təhsil almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır. 1863-cü ilin rəsmi rus hərbi sənədində incəli Mahmud Əfəndinin adı Tiflis quberniyasının müridləri içərisində qeyd olunur. Amasya-Azərbaycan mədəniyyəti öncülləri arasında Hacı Mahmud Əfəndidən də qabaq "İncə Dərəsi"ndən Amasyaya getmiş elm insanları da olmuşdur. Amasyada Azərbaycan türklərinə məxsus "Şirvanlılar Camisi" Hacı Mahmud Əfəndinin Azərbaycandan, xüsusən qazaxlı ağa və bəylərdən topladığı paralarla Mir Hasan Əfəndinin (Həmzə Nigarinin oğlu) nəzarətində inşa edilmişdir. Hacı Mahmud Əfəndinin Şeyx Şamillə də çox yaxın münasibətləri olub. Belə ki, hər ikisi də Mövlana İsmayıl Səracəddin Əfəndinin (1782-1853) müridi olaraq Nəqşibəndi təriqətinin "Xalidi" qolunun yayıcısı olmuşlar. Hacı Mahmud Əfəndi Amasyada və Azərbaycanda çox sayılıb seçilən, dini dərindən bilən övliyya kimi qəbul edilib. Amasyada yaşayan həmyerlilərinin demək olar ki bütün problemlərini həll etməyə qadir insan olub. Mahmud Əfəndi uşaqlarını Amasyada təhsil üçün saxlamış və özü Aslanbəyli kəndinə dönmüş və bir müddət sonra Həcc ziyartinə getmişdir. Hacı Mahmud Əfəndi 1896-cı ildə vəfat etmişdir. Vəfatından az əvvəl rus məmurları tərəfindən ona yenidən Osmanlı dövlətinə köçmək tövsiyə olunmuşdur. Hacı Mahmud Əfəndi Aslanbəyli kəndində dəfn olunmuş, müridlərinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdır. Türbənin içərisində iki qəbir vardır. İkinci qəbir Seyid Yasin adlı sufiyə məxsusdur. O, bu kəndə gəlmə olmuş, Hacı Mahmud Əfəndi tərəfindən hörmət görmüşdür. Hacı Mahmud Əfəndinin məzar daşında "Ya Allah, Ya Seyyid Nigari, Ya Hz. Mövlanə" və şeyxin öz adı yazılmışdır.[3]

Hacı Mahmud Əfəndinin soyu Azərbaycanda Seyidovlar kimi tanınır. Veys, Məhəmməd, Əhməd adında 3 oğlu və Ayşə, Səyalı adında 2 qızı var idi. Oğlu Məhəmməd Əfəndi Türkiyədə məşhur İlahiyyat alimi, təsərrüfat sahibi olmuşdur.

  1. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
  2. http://www.tezadlar.az/index.php?type=xebergoster&id=15005
  3. "Arxivlənmiş surət". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.

https://www.youtube.com/watch?v=qf7wAQJOgY8