Nəfəs borusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəfəs borusu
Nəfəs borusu: sağ və sol baş bronxlar
Nəfəs borusu: sağ və sol baş bronxlar
Latınca Trachea
Yunanca Trachus
Qrey subyekt 237 1084
Sistem Tənəffüs
Üzv Tənəffüs
Arteriya Aşağı qalxanabənzər arteriyanın traxeya şaxəsi
Vena Bazu-baş kötüyü, tək vena, əlavə yarımtək vena
MeSH Trachea
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür:

  1. Boyun hissə — lat. pars cervicalis;
  2. Döş hissə — lat. pars thoraica (thoracica).

Həmçinin bax

Mənbə

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979