Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur:
Arteriya | |
---|---|
| |
Latınca | Arteriae |
Sistem | Arterial |
Vikianbarda əlaqəli mediafayllar |
İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat. stratum subendotheliale) təşkil olunmuşdur; bunun üzəri daxildən yastı endotel hüceyrələrlə – yun. endothelium s. angiothelium (endos – daxildə, telo – örtürəm) örtülüdür. lat. Stratum subendotheliale elastik liflərdən və çox çıxıntılı hüceyrələrdən təşkil olunmuşdur. Bu hüceyrələrdən yeni endotel hüceyrələr əmələ gəlir. Subendotelial qatdan xaricdə elastik liflərdən təşkil olunmuş daxili elastik zar – lat. membrana elastica interna yerləşir. Beləliklə lat. tunica intima üç qatdan ibarət olur: lat. endothelium, stratum subendotheliale, membrana elastica interna. İntima elastik olmaqla bərabər çox kövrəkdir və o biri qişalardan olduqca tez cırılır. Bunun xüsusən də cərrahlıqda artıq dərəcədə əhəmiyyəti vardır; çünki arteriya qırılarkən və ya əməliyyat zamanı liqatura ilə bağlanarkən intima təzyiq nəticəsində çırılaraq, damarın daxilinə doğru qıvrılır və beləliklə onun ağzını tutaraq qanaxmanı saxlayır.
Orta qişa (əzələ qişası) həlqəvi saya əzələ liflərindən və müxtəlif miqdarda elastik liflərdən ibarətdir. Böyük arteriyalarda (məsələn aortada, ümumi yuxu və qalça arteriyalarında) elastik liflərin miqdarı əzələ liflərindən çoxdur. Arteriyalar ürəkdən uzaqlaşdıqca elastik liflərin miqdarı azalır. Lakin əzələ liflərinin miqdarı əksinə olaraq çoxalır, belə ki, kiçik damarlarda, xüsusən kapillyarönü damarlarda orta qişa başlıca olaraq əzələ liflərindən təşkil olunur. Müxtəlif nahiyələrdə arteriyaların qurluşca dəyişməsinin artıq dərəcədə hemodinamik əhəmiyyəti vardır. Böyük damarlar ürəyə yaxın olduqları üçün orada olan qan ürək əzələlərinin qüvvəsilə axır və burada damarların vəzifəsi qanın təzyiqinə müqavimət göstərməkdir. Qan damarları ürəkdən uuzaqlaşdıqca onların divarlarının müqaviməti artır və ürək əzələsinin qüvvəsi get-gedə azalır. Qanın sürətini və təzyiqini müəyyən dərəcədə saxlamaq üçün damarlardakı əzələ qişası fəal bir surətdə yığılır və beləliklə, ürəyə kömək edir, odur ki arterial sistemi qeyri-fəal bir üzv yox, bəlkə ürək kimi fəal üzvlərdən hesab etmək lazımdır. Arteriyaların fəal bir surətdə yığılmasını yerli qan azlığı ilə (müəyyən bir nahiyənin və üzvün bozarması ilə) və ya qan çoxluğu ilə (qızarması ilə) sübut etmək olur.
Xarici qişa (adventisiya qişası) sərt birləşdirici toxuma liflərindən təşkil olunmuşdur; burada artıq miqdarda elastik liflər və boylama saya əzələ lifləri vardır. Orta damarlarda xarici qişa qalın olur və elastik lifləri əzələ lifləri ilə hüdudlaşaraq xarici elastik zar – lat. membrana elastica externa əmələ gətirir. Böyük damarların xarici qişasında əzələ liflərinin miqdarı azdır. Xarici qişa hüdudsuz olaraq ətraf hüceyrəvi toxuma ilə rabitədə olur.
Arteriyaların diametri üzvlərin ölçülərinə yox, daşıdığı vəzifələrinə müvafiqdir; məsələn böyrək arteriyasının diametri bağırsaqları təçhiz edən yuxarı çöz (müsariqə) arteriyasının diametrindən kiçik deyildir, çünki o, qanı artıq miqdarda ehtiyacı olan üzvə – böyrəyə daşıyır. Damarlar adətən diametrlərinə görə üç qrupa bölünürlər: böyük, orta və kiçik ölçülü olan damarlar. Damarların quruluşu sabit qalmayıb, yaşa dolduqca dəyişir. Anadan olandan sonra böyük damarlar elastik liflərin çoxalması hesabına böyüyür. 12 yaşında orta qişa böyüklərdəki kimi olur; 40 yaşından elastik zar öz tonusunu itirir, lifləri fibroz dəstələrə çevrilir, əzələ ünsürləri itir, belə ki, arteriyalar kövrək olub tez partlayır.
Arteriyaların özlərini qidalandırmaq üçün damarlar damarı – lat. vasa vasorum vardır; bunlar (lat. arteriae arteriarum) qonşu damarlarda və ya şaxələrdən başlayaraq damarın yatağında xarici və əzələ qişalarında şaxələnirlər. Qan damarlarının divarında mübadilədən sonra hasil olan venoz qan cüt venalarla (lat. venae arteriarum) gedərək qonşu venalara tökülür. Arteriya damarlarında intima qişasının altında limfa damarlarına təsadüf olunur. Bəzi damarlar hətta damarətrafı limfa sahələrinə malikdirlər.
Arteriyalara gələn sinirlər – vazomatorlar iki növdür: hissi və hərəki. Hissi sinirlərə – hissi damar daraldıcı (lat. nervi vasopressores) və hissi damar genəldici (lat. nervi vasodepressores) və hərəki sinirlərə – hərəki damar daraldıcı (lat. nn. vasoconstrictores) və hərəki damar genəldici (lat. nn. vasodilatatores) aiddirlər. Damarlara gələn sinirlər onların divarlarında üç növ kələf əmələ gətirirlər:
Qeyd olunmuş sinir elementləri (sinir lifləri və xüsusi reseptorlar – angioreseptorlar) damarların müəyyən nahiyələrində refleks törədici (refleksogen) məntəqə təşkil edirlər.
Arteriyaların şaxələnməsi vəziyyəti və orqanizmdə yayılması bir sıra qanunauyğunluqlardan, yəni üzvlərin qurluşundan, vəzifələrindən və inkişaf proseslərindən asılıdır. Arteriyaların şaxələnməsi ya monopodial – yan tərəflərə növbə ilə şaxə vermək və ya dixotomik – haçalanma üsulu ilədir. Haçalanma üsulu bağırsaqların divarlarında çox təsadüf olunur. bağırsaqlarda damarların bu üsul ilə şaxələnməsinin artıq əhəmiyyəti vardır; çünki belə hallarda şaxələrdən biri kəsilərsə, üzvün qidalanması pozulmayıb, qan digər qonşu şaxələr vasitəsilə həmin nahiyəyə gəlir. Şevkunenko məktəbinin təsnifatına görə damarlar üç növdə şaxələnir: 1) magistral; 2) səpgin və 3) qarışıq. Birinci növdə əsas kötük xeyli uzun olub, növbə ilə tədricən yanlara şaxələr verir. İkinci növdə əsas kötük qısa olub, birdən-birə artıq şaxələrə bölünür. Qarışıq növ iki əvvəlinci növlərin əlamətlərinə malikdir. Ayrı-ayrı arteriyalar ancaq müəyyən nahiyələri ya üzvləri qan ilə təchiz edirlər. Onlar üzvlərə olan nisbətlərinə görə iki qrupa bölünürlər: üzvdaxili (intraorqan) və üzvxarici (ekstraorqan) arteriyalar. Üzvxarici arteriya damarın üzvdən xaric olan hissəsinə və üzvdaxili arteriya üzvün daxilində şaxələnən hissəsinə deyilir.
İki qonşu damarı bir-birilə birləşdirən damara anastomoz (ya birləşdirən) damar – lat. vas anastomoticus (ramus anastomoticus s. communicans – BNA) deyilir. Bunun olduqca artıq əhəmiyyəti vardır; çünki bir damar tutulduğu və ya kəsildiyi zaman ətrafında anastomoz olan nahiyə qidasız qalmayacaqdır və qan oraya anastomoz damar vasitəsilə gələcəkdir. Anastomoz damarlar üç cür olur:
Bəzən iki arteriya anastomozlaşaraq, sanki biri digərinin ardını təşkil edir və bunların arasındakı hüdud təyin olunmur: bu növ anastomoza lat. inosculatio – BNA deyilir, məsələn lat. arcus Riolani (köndələn və sol çənbər bağırsaq arteriyaları arasında), lat. circulus arteriosus (onurğa və daxili yuxu arteriyaları arasında) və i.a.