Nakaqava Cunan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nakaqava Cunan
yap. 中川淳庵
Doğum tarixi 1739[1]
Doğum yeri
Vəfat tarixi 2 iyul 1786(1786-07-02)
Vəfat yeri
Fəaliyyəti həkim, tərcüməçi, botanik

Nakaqava Cunan (中川 淳庵?, 1739[1], Edo[d]2 iyul 1786, Edo[d])Yaponiya həkimi, botanikiranqaku alimi.

Həyatı

1739-cu ildə Obama hanında[a] həkim ailəsində doğulmuşdur.[2] O, gənc yaşlarından etibarən botanikamineralogiyaya maraq göstərmişdir.[2] 1764-cü ildə Hiraqa Qennay ilə birlikdə asbest parçanı ixtira etmişdir.[2] O, daha sonra Qərb tibbinə maraq göstərmiş və Yasutomi Kisekidən holland dilini öyrənmişdir.[2] Maeno Ryotaku, Suqita Qenpaku və digər alimlərlə birlikdə alman anatom Yohan Adam Kulmusun "Anatomiya cədvəlləri" (alm. "Anatomische Tabellen"‎, 1722) əsərinin 1734-cü ildə nəşr olunmuş holland versiyasını (nid. "Ontieedkundige Tafelen") yapon dilinə tərcümə etmişdir.[2] Bu əsər 1774-cü ildə Yaponiyada "Yeni anatomiya kitabı"[b] adı ilə nəşr olunmuş və Yaponiyada Qərb tibbinin öyrənilməsi üçün vacib rol oynamışdır.[2]

Cunan isveçli həkim və botanik Karl Peter Tunberqdən dərslər almış, hollandların Naqasakidə yerləşən ticarət postunun direktoru İsaak Titsinqlə dostluq etmişdir.[2]

Qeydlər

  1. Hazırda Fukui prefekturası.
  2. Orijinal adı "Kaytay şinşo".

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 313. ISBN 0-87011-625-8. İstifadə tarixi: 8 avqust 2022.